Əsir düşən Ermənistan vətəndaşı Azərbaycanda həbs edilib
Bakı Hərbi Məhkəməsinin qərarı ilə 51 yaşlı Ermənistan vətəndaşı Lyudviq Mkrtçoviç Mkrtçyan azərbaycanlı əsirlərə işgəncə verdiyinə görə həbs edilib.
Mkrtçyanın özü ikinci Qarabağ müharibəsi zamanı əsir düşüb. O, 90-cı illərin əvvəllərində birinci Qarabağ müharibəsi zamanı Ermənistan ordusunun əlinə düşən azərbaycanlı əsirlərə işgəncə verməkdə ittiham edilir.
Ermənistan vətəndaşına qarşı cinayət işinin təfərrüatları açıqlanmır.
Lyudviq Mkrtçyan istintaq tədbirlərinin keçirilməsi məqsədilə dörd ay müddətinə həbs edilib.