Azərbaycan koronavirusa qarşı vaksinlə bağlı seçimini edib
Azərbaycan hakimiyyəti COVİD-19 virusuna qarşı vaksinasiyaya başladığını elan edib. Vaksinin seçimi ilə bağlı məsələ müəyyən deyildi. Nəticədə ölkə vətəndaşlarına Çin istehsalı olan peyvəndin vurulması qərara alınıb. Bu peyvəndin effektivliyinin yüksək olduğu haqda deyilir, amma digər ölkələr bu fikirdə deyil.
- Ermənistanda karantini yarım il də uzadıblar və fevraldan koronavirusa qarşı vaksinasiya başlayacaq
- Gürcüstanda koronavirusa görə sərt karantin fevralın 1-ə qədər uzadılıb. Daha sonra proqnozlar nikbindir
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycan sakinlərinin vaksinasiyasına başlandığı haqda məlumat verib. Təşkilatınbəyanatına əsasən, ölkə hakimiyyəti hazırda dünyada ən çox yayılmış altı vaksindən birini seçib.
Çincə istehsal olunan Sinovac peyvəndinin xeyrinə seçim edilib.
TƏBİB öz seçimini Çin peyvəndinin “təbii yolla” hazırlanması və buna görə də bütün analoqları arasında “ən təhlükəsiz” olması ilə izah edib.
Bildirilir ki, Sinovac vaksininin immunizasiyası 92 faiz təşkil edir, başqa sözlə, 10 haldan ən azı 9-da vaksin insan bədənində koronavirusa qarşı immunitetin yaranmasına gətirib çıxarıb.
Təşkilatın bildirdiyinə görə, hazırda Sinovac Çində, Türkiyədə, İndoneziyada, Braziliyada tətbiq olunur. “Niyə digər ölkələr Çin vaksinindən istifadə etmir?” sualının cavabında TƏBİB nümayəndələri bildiriblər ki, Sinovac preparatının istehsal prosesi “çox mürəkkəb və bahalıdır”.
Qeyd olunur ki, vaksinasiya könüllü xarakter daşıyacaq. Peyvənd vurdurmaq istəməyənlərə münasibətdəinzibati tədbir görülməyəcək.
Birinci mərhələdə tibb işçiləri və 65 yaşdan yuxarı insanlar, o cümlədən də pandemiyaya qarşı tədbirlərə cəlb olunmuş hüquq-mühafizə orqanlarının əməkdaşları vaksinasiyadan keçəcək.
Amma Çinin Sinovac peyvəndi ilə əhalinin vaksinasiyasına başlanıldığı Braziliyada onun effektivliyi ilə bağlı tam başqa göstəricilər açıqlanır. “İnstitut Butantan” biotexnoloji mərkəzi Sinovac preparatının effektivliyinin sadəcə 50,38 faiz təşkil etdiyini açıqlayıb.
Ukrayna da bu vaksini almağa meyillənir. Amma Ukrayna səhiyyə naziri Maksim Stepanov bildirib ki, Çinin Sinovac vaksininin effektivliyi 70 faizdən aşağı olarsa, ölkə onu almayacaq.