Gürcüstanda keçiriləcək seçkilərdə səsvermə zamanı təhlükəsizlik prosedurları təsdiqlənib
Gürcüstanın Mərkəzi Seçki Komissiyası oktyabrın 31-də parlament seçkiləri zamanı koronavirus infeksiyasının yayılmasının qarşısını almaq üçün sanitar-gigiyena tələblərini müəyyən edən qərar qəbul edib.
Qaydalara əsasən, seçki məntəqələrinin girişində dezinfeksiya edici baryerlər və əllər üçün düzinfeksiya vasitələri yerləşdirilməlidir. Virusun yayılmasına qarşı profilaktik tədbirlər haqda informasiya binada görünən yerdə asılmalıdır və insanlar seçki məntəqələrinə maskasız və əllərini dezinfeksiya edici məhlulla silmədən işəri buraxılmamalıdır.
Qərar seçki məntəqələrində səthlərin dezinfeksiya edilməsi, istifadə olunmuş gigiyena vasitələrinin və qələmlərin təkrar emal, o cümlədən də səsvermə kabinalarının qurulması qaydalarını müəyyən edir.
Həmçinin məntəqə komissiyası üzvlərinin fərdi müdafiə vasitələrilə, müdafiə qalxanları və tək istifadəlik əlcəklərlə təmin olunması nəzərdə tutulub. Seçici axınını nizamlayan komssiya üzvü onlar arasında təhlükəsiz məsafəni təmin etməli, qeydiyyat masası qarşısında iki nəfərdən artıq seçicinin olmasına imkan verməməlidir.
Seçki məntəqəsinə daxil olarkən termoskrininqdən keçmək lazımdır. Amma bu qayda seçicilərə şamil edilmir. Seçki məntəqəsinə ancaq maska ilə daxil olmağa icazə verilir. Seçici şəxsiyyət vəziqəsini və ya Gürcüstan vətəndaşı pasportunu komissiya üzvünə təqdim edərkən, müvəqqəti olaraq maskasını çıxarmalıdır
Sağlamlıq vəziyyətinə görə maska taxmasının çətinlik yaratdığı həkim tərəfindən təsdiqlənmiş şəxslər maskadan istifadə etməyə bilərlər.