Gürcüstanın biznes assosiasiyası hökumətə böhrandan çıxış planı təqdim edib
Gürcüstanda fəaliyyət göstərən 13 biznes assosiasiyası hökumətə müraciət edib və altı maddədən ibarət böhrandan çıxış planı təqdim edib.
Biznes assosiasiyaları hökumətin atdığı addımlardan narahatlıqlarını ifadə ediblər.
Onların sözlərinə görə, hakimiyyətin söz verdiyi kimi fevralın 1-də məhdudiyyətlərin aradan qaldırılıması sual altında qalır. Bundan başqa, müxtəlif nazirliklərin rəhbərləri və epidemioloqlar üçüncü koronavirus dalğası və daha bir lokdaun haqda danışırlar.
“Ölkə həyat və ölüm arasında qalıb. Bir çox sahələr müflisləşib, buna görə də vergi sistemi və hətta bank sektoru acınacaqlı vəziyyətdədir. Total işsizlik (dövlət strukturlardan başqa) hökm sürür”, – məlumatda deyilir.
Müəlliflər bildirirlər ki, ölkənin öz maliyyə öhdəliklərini yerinə yetirməsi üçün yeganə qarant bütün biznes sakələrinin aktivləşdirilməsidir, bu da məhdudiyyətlərin dərhal ləğv edilməsini və aviareyslərin bərpa olunmasını tələb edir.
Ölkənin iqtisadiyyatının xilası məqsədilə biznes assosiasiyaları Gürcüstan hökumətinə aşağıdakı planı təklif edirlər:
- Həm şəhərdaxili, həm də beynəlxalq nəqliyyatın hərəkətinin dərhal bərpası (konsentrasiyanın minimallaştırılması nəzərə alınaraq). Nəqliyyatın dayanması bugün işsizliyin artması və ən aşağı gəlirli qrupların diskriminasiyası səbəbidir;
- Beynəlxalq aviareyslərin bərpası. Misal olaraq qonşu ölkələr göstərilir. Məsələn, beynəlxaq turizm biznesini dayandırmayan və eyni zamanda epidemiyanın öhdəsindən uğurl gələn qonşu ölkələri götürək.
- Restoran biiznesinə işləməyə icazə vermək (müvafiq qaydlaynlara uyğun olaraq). Bu biznesin bağlanması özəl sektorda tamamilə nəzarət edilməyən kölgə tədbirlərinin və mərasimlərinin artmasına gətirib çıxarır.
- Daxili və xarici turizmin tələblərinə müvafiq olaraq mehmanxanaların işini bərpa etmək;
- Ticarət mərkəzlərinin və qeyri-ərzaq mağazalarının fəaliyyətini bərpa etmək. Üstəlik artıq Yeni İl ərəfəsində bu cür fəaliyyətin uğurlu nəticəsi var, hansı ki, yoluxanların artmasına səbəb olmayıb.
- Qış kurortlarının işinin bərpası – həm otellərin, həm də kanat yollarının.
“Biz ümid edirik ki, hökumət ölkədə vəziyyətin ciddiyətini dərk edəcək, bizim təşəbbüsümüzü anlayacaq və yaxın gələcəkdə ölkəyə yenidən gəlir əldə etməyə imkan verəcək ki, onsuz da ağır olan vəziyyət yüngülləşsin”, – bəyanatda deyilir.