Gürcüstanda koronavirusdan 15 yaşlı qız ölüb
Gürcüstanda koronavirusa yoluxan və Tbilisinin Birinci Universitet Klinikasında müalicə olunan 15 yaşlı qız vəfat edib
Bu haqda “Interpressnews” agentliyinə klinikanın tibbi direktoru Lali Turdzeladze məlumat verib.
Mərhum bu günə qədər Gürcüstanda koronavirusun ən gənc qurbanıdır. O, iki həftədən artıq klinikada qalıb və süni nəfəs aparatına qoşulubmuş.
Bugün Gürcüstanda 38 936 yoluxma halı qeydə alınıb.
Buradan:Ölənlər – 307 Aktiv hallar (yəni hazırda xəstə olanlar) – 15938 Sağalanlar – 19810