İyunda pandemiya başlayan andan Gürcüstana rekord sayda əcnəbi səfər edib
2021-ci ilin iyununda pandemiya başlayan andan Gürcüstana rekord sayda əcnəbi səfər edib. Ölkəyə 146 600 qonaq gəlib.
Bu, ötən ilin iyun ayı ilə müqayisədə 287 faiz çoxdur. Ötən ki Gürcüstan praktiki olaraq turistlərin üzünə bağlanmışdı.
Amma bu artıma baxmayaraq, Gürcüstan turizm səviyyəsinə görə pandemiyadan əvvəlki göstəricilərə heç yaxınlaşmayıb da – 2019-cu ilin iyununda Gürcüstana gələn qonaqların sayı bu ilin iyunu ilə müqayisədə 80 faiz çox olub.
Bu il qonaqların 77 faizi Gürcüstana hava yolu ilə gəlib – Turizm üzrə Dövlət Administrasiyası məlumat verib.
- Anakliya – siyasətin girovuna çevrilmiş Gürcüstan kurortu
- Gürcüstan quru sərhədlərini açır. Xarici qonaqlar üçün ətraflı bələdçi
Statistika göstərir ki, iyunda ən çox qonaq Türkiyədən gəlib. Liderlər beşliyində İsrail, Ukrayna, Rusiya və Ermənistan da var.
2020-ci ildə Gürcüstanda turizmdən gələn gəlirlər 80 faiz azalıb və beləliklə ölkə 2019-cu illə müqayisədə 2,7 milyard dollar itirib. 2021-ci ilin ilk beş ayı ərzində Gürcüstan turizmdən cəmi 177 milyon dollar qazanıb.