İstirahət zonasının işçiləri vergi yoxlamasına gələnləri döydülər – altı nəfər həbs olunub
Paylaşmaq
Paylaşmaq
Foto: Ulduztourism.az
Azərbaycan parlamentinin deputatı İqbal Məmmədovun qardaşına məxsus olan “Relax” istirahət mərkəzinin bir neçə əməkdaşı Vergilər Nazirliyinin nümayəndələrinə hücum etdiklərinə görə həbs ediliblər. Onların arasında deputatln oğlu da var.
“Relax” istirahət mərkəzi Azərbaycanın cənub-şərqində, Lerik rayonunda yerləşir.
Avqustun 16-da bura yoxlama aparmaq üçün Vergilər Nazirliyinin nümayəndələri gəlib. Nazirlik şübhələnir ki, “Relax” bilərəkdən öz gəlirlərinin ölçüsünü aşağı salır və bu yolla vergilərin ödənilməsindən yayınır. Belə ki, 2019-cu il ərzində onlar büdcəyə cəmi 972 manat (600 dollardan az) ödəniş ediblər. İstirahət mərkəzinin ölçüləri və qiymətləri nəzərə alınarsa, bu, aşkar şəkildə azdır.
Lakin nazirliyin nümayəndələrini istirahət mərkəzinə buraxmayıblar. Bundan əlavə, mərkəzin əməkdaşları onları döyüb.
İşə prokurorluq qarışıb, istirahət mərkəzinin rəhbərliyindən altı nəfər vəzifə səlahiyyətlərini aşmaqda və hakimiyyət nümayəndələrinə hücumda şübhəli bilinərək saxlanılıblar.
Deputat susur, ictimaiyyət şadyanalıq edir
Dərhal məlum oldu ki, söhbət deputat İqbal Məmmədovun qohumlarından gedir. Buna görə də, xəbər cəmiyyətdə böyük rezonans doğurdu.
Deputat özü təsdiq edib ki, bu mərkəzə onun qardaşı Çingiz Məmmədov rəhbərlik edir, lakin oğlu barədə bir söz deməyib.
“Mən dərin təəssüf hissi keçirirəm və mərkəzin əməkdaşlarının əməllərini qınayıram. Vergilər Nazirliyinin apardığı istintaqa kömək etmək üçün təftiş komissiyasına bütün zəruri səbədlər təqdim ediləcək”, – İqbal Məmmədovdeyib.
Sosial şəbəkələrdə isə insanlar özlərinin şadyanalıqlarını gizlətmirdilər:
«Ayıb olsun. Bizim psevdo-elita lap ağ eləyib»;
«Bu istirahət mərkəzinin oğurluq pullarla tikilməsi bir yana, bunlar hələ vergi də ödəmək istəmirlər. İndi yoxlamalar başlasa, onlar üçün o qədər də xoş olmayacaq»;
«Bütün bu həbslər – sadəcə şoudur, o qədər də sevinməyin».
Bəzi istifadəçilər isə “Relax”da istirahət etmələri ilə bağlı təcrübələrini bölüşüblər və pis servisdən, bahalıqdan gileyləniblər.