Hakim partiyadan olan namizəd Yıldırım artıq öz məğlubiyyətini etiraf edib, rəqibini təbrik edib və ona “İstanbula yaxşı xidmət etməyi” arzulayıb.
Binali Yıldırım xanımı Semiha və qızı Büşra ilə. İstanbul, 16 iyun, 2019. REUTERS/Murad Sezer
Təkrar səsvemə 31 mart seçkilərinin nəticələrinin ləğv edilməsindən sonra keçirilib.
O zaman Əkrəm İmamoğlu hakim partiyadan olan namizədə az fərqlə qalib gəlmişdi – o, səslərin 48,8%-ni, Yıldırım isə 48,55%-ni toplamışdı.
Prezident Ərdoğanın Ədalət və İnkişaf Partiyası seçkilərin nəticələrinə etiraz etmiş və bəzi seçki məntəqələrində pozuntuların və saxtalaşdırmaların olduğunu bildirmişdi, buna görə də, təkrar sısvermə təyin edilmişdi.