Ermənistan, Azərbaycan və Rusiyanı birləşdirəcək yeni nəqliyyat dəhlizləri yaradılır
Yanvarın 30-da Moskvada üçtərəfli işçi qrupun ilk iclasında Azərbaycan, Ermənistan və Rusiyanı birləşdirəcək yeni nəqliyyat dəhlizləri üzrə praktiki qərarlar qəbul edilib.
- Ermənistanın baş naziri 2021-ci ili “iqtisadi iddiaların bərpası ili” elan edib
- “Rusiya Azərbaycan ərazilərinin 3 faizini işğal edib” – Bakıdan şərh
Üç ölkənin baş nazir müavinləri bir neçə ekspert qrupları yaratmaq qərarına gəliblər:
- Dəmiryolu və avtomobil daşımaları üzrə;
- Onların təhlükəsizliyinin təmin edilməsi üzrə;
- Daşımalar zamanı gömrük, sanitar və veterinar nəzarəti üzrə.
Yarımqruplar fevralın 2-ə qədər yaradılmalıdır, fevralın 5-ə qədər onnlar ilk müzakirələri aparmalıdırlar.
Hansı nəqliyyat xətləri müzakirə olunur?
Cənubi Qafqazda yeni dəmiryolu və avtomobil yolları bir neçə nəqliyyat dalanını açmağa imkan verəcək:
- Azərbaycanın Naxçıvan Muxtar Respublikasını ölkənin qalan hissəsi ilə birləşdirəcək ki, bunun üçün də Ermənistan ərazisindən yol davam edəcək. Hazırda burada səyahətlər yalnız hava yolu ilə, ya da İran ərazisi vasitəsilə mümkündür.
- Ermənistandan Rusiyaya Azərbaycan ərazisindən keçməklə avtomobil və dəmiryolu xətti uzanır. Hazırda Ermənistandan Rusiyaya yerüstü yeganə və kritik dərəcədə mühüm yol Gürcüstandan keçir və bu yol da hava şərtləri üçündən çox vaxt yüklənir və bağlı olur.
Rusiya və Türkiyə ilk dəfə Ermənistan və Azərbaycan ərazisi vasitəsilə quruyolu əldə etmiş olacaqlar.
Cənubi Qafqazdan tranzit yolların açılması ilə bağlı üçtərəfli qərar haqda
2021-ci il yanvarın 11-də Moskvada Azərbaycan və Rusiya prezidentləri, o cümlədən də Ermənistanın baş nazirinin görüşündə xüsusi işçi qrupun yaradılması haqda qərar qəbul edilib. Bu qrupun öhdəliklərinə üç ölkə başçısının 2020-ci il noyabrın 10-da imzaladığı digər üçtərəfli razılaşmanın doqquzuncu maddəsinin həyata keçirilməsi daxildir.
Həmin razılaşma 2020-ci il sentyabrın 27-dən noyabrın 10-a qədər davam edən ikinci Qarabağ müharibəsinnə son qoyub və müxtəlif hesablamalara görə, hər iki tərəfdən beş mindən on minə qədər insanı həyatdan qoparıb.
Nəqliyyat dəhlizlərinin açılması üzrə gələcək addımlar
Üçtərəfli işçi qrupun növbəti iclasının Moskvada keçirilməsi qərara alınıb. Görüşün dəqiq tarixi həmsədrlərlə razılaşdırılacaq – Rusiya hökumətinin mətbuat xidmətinin məlumatında deyilir.
Qafqazda yeni nəqliyyat dəhlizlərinə qoşulmaq marağında olduğunu İran da ifadə edib. İranın XİN rəhbəri Cavad Zərif 2021-ci il yanvarın son günlərində Azərbaycan, Ermənistan və Türkiyə turnesi həyata keçirib. Səfərlər zamanı o, üç ölkə rəhbərləri, o cümlədən də Naxçıvan parlamentinin spikeri ilə görüşüb.