İrma qasırğası: 5.8 milyon insanı işıqsız qoyub və digər dağıntılar
Foto: CNN
ABŞ-da İrma qasırğasına ən yüksək, birinci kateqoriya verilib. Küləyin güсü saatda 100 kilometrdən çoxdur.
CNN-nin məlumatına görə, qasırğanın mərkəzi Tamp şəhərindən şimalda yerləşir. Qasırğa Florida yarımadası ilə irəliləyir.
Təbii fəlakət nəticəsində Florida ştatında 5.8 milyon adam işıqsız qalıb. 6 milyondan çox adam hakimiyyətin göstərişi ilə mütləq qaydada təxliyə olunub. Milli Meteorologiya Bürosu Ceksonvil şəhər mərkəzinin bir hissəsinin su altında qalması təhlükəsi altında olduğunu bildirib.
Meteoroloq Bill Saut deyir ki, bu gücdə qasırğanı ilk dəfədir ki, görür:
– Şəxsən mən indiyə qədər belə bir şey görməmişəm. Ola bilsin bu, 1851-ci ildən müşahidə olunan üç ən güclü qasırğalardan biridir.
Sakinlər tərəfindən tərk olunan evlərdə, misal üçün, Fort Lauderdeyldə evlərdə qarət halları qeydə alınıb.