İran şəhərlərində etiraz aksiyaları
Cümə axşamından başlayaraq, İran şəhərlərində etiraz aksiyaları gedir, BBC xəbər verir. İlk əvvəl etiirazlar Rəşt və Kirmanşah şəhərlərində baş verib, daha sonra digər şəhərlərə yayılıb.
Başda etirazlara bahalaşma səbəb olub. Daha sonra isə etiraz aksiyası iştirakçıları siyasi tələblər irəli sürməyə başlayıb.
Onlar İranı idarə edən dini liderləri və şəxsən ölkə prezidenti Həsən Ruhanini tənqid edib, siyasi məhkumların azad edilməsini, siyasi zorakılığın dayandırılmasını, o cümlədən Suriya və Livana silahlı müdaxiləyə son qoyulmasını tələb ediblər.
Hələ ki, bu aksiyalar İranın paytaxtı Tehrana sirayət etməyib.
İranda bu cür hakimiyyətə qarşı etirazlar ən son 2009-cu ildə baş verib.