“Qarabağdakı ermənilərlə bağlı beynəlxalq hesabat qərəzlidir və yanlışdır”. Bakıdan şərh
İnsan haqları təşkilatlarının hesabatına Bakıdan şərh
Noyabrın 11-də Bakıda COP29 ümumdünya konfransının başladığı gün bir sıra beynəlxalq hüquq müdafiə təşkilatları “Dağlıq Qarabağda niyə ermənilər yoxdur?” adlı birgə hesabat dərc ediblər.
İnsan Haqları Naminə Beynəlxalq Tərəfdaşlıq təşkilatının proqram direktoru Simon Papuaşvili dərc olunmuş hesabatı Ermənistan mediası üçün şərh edib.
JAMnews-un Azərbaycan redaksiyası bu hesabatı şərh etməsi üçün siyasi icmalçı Hacı Namazova müraciət edib.
“Hesabatın adı tənqidə tab gətirmir”
Ekspertin fikrincə, bu sənədin adı belə “tənqidə tab gətirmir”:
“Hesabatın başlığındaki sualın özü bu sənədin məzmununa inamsızlıq yaradır. Birincisi, Qarabağda hələ də ermənilər yaşayır. Bəli, onlar az qalıb, amma heç kim milliyyətini dəyişməyib – ondan artıq erməni millətindən olan şəxs hələ də Qarabağda öz evlərində yaşayır, üstəlik, Azərbaycan dövləti onları lazım olan hər şeylə təmin edir.
Digər tərəfdən, bu beynəlxalq “insan haqları” təşkilatlarının 30 ilə yaxındır Qarabağda azərbaycanlıların olmaması ilə bağlı hesabatlarını heç görmüsünüzmü? Görməmisiz. Bəs onlar harada idilər? Bu hansı iyrənc mövqedir? Bu təşkilatlar xəbərdardırmı ki, Qarabağda münaqişə ermənilər tərəfindən 35 ildən də əvvəl başladılıb? Elə şeylər var ki, onları şərh etmək belə istəmirəm, bu mühakimələr çox qərəzlidir və əgər belə desəm, axmaqcadır”.
- COP29 günlərində Bakı sakinlərinin ictimai nəqliyyatla imtahanı
- Azərbaycanda Zəfər Günü qeyd olunur
- Bakıda məktəbi, bağçası, poliklinikası, parkı olmayan qəsəbə – Şonqardan reportaj
“Ermənilərin əksəriyyətinin köçü könüllü qərardır”
Daha sonra Namazov müxbirimizlə söhbətində Papuaşvilinin Armenpress-ə müsahibəsində qeyd etdiyi məqamlara diqqət çəkib.
“Simon Papuaşvili Azərbaycan tərəfindən atəşkəs rejiminin bəzi pozuntularından və Qarabağda yaşayan ermənilərin həyatı üçün yaranmış təhlükədən danışır.
Burada sözün əsl mənasında bu cənabın hər bir təklifi üzərində ətraflı dayanmaq lazımdır.
Papuaşvili bilirmi ki, Azərbaycan 2020-ci ildə beynəlxalq səviyyədə tanınmış, hətta erməni siyasətçilərinin etirafına görə Ermənistanın işğalı altında olan ərazilərini 30 illik işğaldan azad edib? Azərbaycan tərəfindən hansı beynəlxalq normaların pozulmasından söhbət gedə bilər?
Həmin illərdə və xüsusən də “blokada” zamanı Qarabağ ermənilərinin həyatı üçün təhlükənin olması ilə bağlı. Azərbaycanda heç kim sadə vətəndaşların həyatını təhlükəyə atmayıb – məncə, Papuaşvili bütün bu illər ərzində Ermənistan Müdafiə Nazirliyinə tabe olan, lakin nədənsə Azərbaycan ərazisində yerləşmiş silahlı erməni yaraqlılarını nəzərdə tutmur.
“Blokada”ya gəlincə, Azərbaycan sadəcə olaraq Ermənistanla sərhəddə post yaradıb. Qonşu dövlətlərlə sərhədi olan bütün dünya ölkələri bunu edir. Heç kim sadə vətəndaşlara bu sərhədi keçməyə qadağa qoymayıb. Düzünə qalanda isə, rəsmi Bakı Qarabağın ermənilərin əvvəl və hətta indi də yaşadığı hissəsinə bütün növ ərzaq və digər malların çatdırılmasını təklif edirdi. Bu da çox normaldır, çünki ölkə özü əhalisini lazım olan hər şeylə təmin edir.
“2023-cü il sentyabrın 19-da baş verən hərbi əməliyyatdan sonra Dağlıq Qarabağda yaşayan etnik ermənilərin əslində qaçmaqdan başqa çarəsi qalmadı”, Papuaşvili iddia edir. Biz bu haqda bir neçə dəfə danışmışıq, amma bu sözdə hüquq müdafiəçiləri bunu ilk dəfədən başa düşməyiblərsə, təkrar edək:
19-20 sentyabr 2023-cü il tarixlərində keçirilən antiterror əməliyyatı zamanı və ondan dərhal sonra rəsmi Bakı bütün mövcud kanallar vasitəsilə Qarabağ erməniləri arasında öz evlərində təhlükəsiz şəkildə yaşaya biləcəkləri və yaşadıqları dövlətin vətəndaşlığını qəbul edə biləcəkləri barədə məlumat yayıb. Dünyanın bütün ölkələrindəki bütün normal insanlar kimi.
Lakin ermənilərin əksəriyyəti doğulub yaşadıqları yerləri tərk etməyə üstünlük verib. Bu, onların könüllü qərarı idi və onlar sərhədə qədər və ya birbaşa sərhəddə heç bir maneə və təzyiq hiss etməyiblər”.
“Dünyada heç bir qüvvə Azərbaycanı səhv etdiyinə inandıra bilməz”
“Son onilliklərdə Qarabağda və onun ətrafında baş verənlərə görə insanların məsuliyyətə cəlb olunmasına gəlincə, Papuaşvili üçün pis xəbərim var.
Bakı özü öz ərazisindəki separatçı rejimin rəhbərliyini məsuliyyətə cəlb etdi və dünyanın heç bir qüvvəsi Azərbaycanı minlərlə ölkə vətəndaşının ölümünə səbəb olan insanları cəzalandırmaqla səhv etdiyinə inandıra bilməz.
Amma ağlı başında olan heç kim öz ərazi bütövlüyünü təkbaşına təmin etmiş bir ölkənin rəhbərlərini məsuliyyətə cəlb etməyəcək və xoşbəxtlikdən, məsuliyyətə cəlb edə də bilməz”.