Azərbaycanda hərbi vəziyyət ləğv olunacaq
Azərbaycan prezidenti İlham Əliyevin 2020-ci il dekabrın 12-də saat 00.00-dan “Hərbi vəziyyətin ləğv olunması haqqında” fərmanının təsdiq edilməsi məsələsi Milli Məclisdə müzakirə olunacaq. Bu barədə Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.
Məsələ Milli Məclisin dekabrın 11-də keçiriləcək növbəti iclasında müzakirəyə çıxarılacaq.
Azərbaycanda hərbi vəziyyət sentyabrın 28-də – ikinci Qarabağ müharibəsinin ikinci günündə elan olunub. Elə həmin gün saat 21:00-dan səhər saat 6:00-a qədər komendant saatı tətbiq edilib.
Hərbi vəziyyətlə birlikdə komendant saatının da ləğv ediləcəyi gözlənilir.