Həbsdə olan müxalifətçinin aclıq aksiyası davam edir: Bakıda etiraz aksiyası təyin edilib
Tanınmış azərbaycanlı müxalifətçi Tofiq Yaqublunun həbsinə etiraz əlaməti olaraq aclıq elan etməsindən altı gün keçir. Gənc fəallar Bakının mərkəzində onun azadlığa buraxılması tələbi ilə etiraz aksiyası təyin ediblər. Məhbusun vəkili hökmdən apellyasiya şikayəti verib.
Müxalif Milli Şuranın üzvü Tofiq Yaqublu haqqında məhkəmə qərarı Azərbaycanda “bir nömrəli” mövzu olaraq qalır. O, ciddi rejimli islah müəssisəsində saxlanmaq şərtilə 4 il və 3 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Tofiq Yaqublu 2020-ci il martın 22-də Bakıda xuliqanlıqda ittiham olunaraq həbs edilib. Cinayət işinin materiallarına əsasən, o, avtomobili ilə qəza törədib və digər maşında olan evli cütlüyü döyüb. Yaqublu 2014-2016-cı illərdə kütləvi iğtişaşlar təşkil etmək ittihamı ilə iki il məhkumluq həyatı yaşayıb. Daha sonra o, 2019-cu il oktyabrın 19-da müxalifətin etiraz aksiyasında iştiraka görə 30 sutka həbs cəzası alıb.
Yaqublu bütün ittihamları rədd edir və Bakının Nizami rayon məhkəməsinin qərarını siyasi sifariş hesab edir, buna görə də azad olunacağı günə qədər aclıq elan edib.
• Azərbaycanda növbəti növbədənkənar parlament seçkiləri gözlənilirmi?
Sosial şəbəkədə Yaqublunun tərəfdarları yaradılmış Azərbaycan hakimiyyətini müxalifət liderlərindən birinin dərhal azad edilməsinə çağıran xüsusi petisiyanı imzalayırlar. Artıq petisiyanı imzalayanların sayı 4,5 min nəfəri keçib.
Gənc fəallar – “Azad Sol İttifaqı” üzvləri Bakının mərkəzində kütləvi aksiyanın təşkili haqda elan ediblər. Təşkilatçıların tələbi Tofiq Yaqublunun azad edilməsidir. Etiraz aksiyası sentyabrın 9-u saat 15:00-a təyin edilib.
Siyasi məhbusun vəkili Aqil Layıc Facebook səhifəsində hökmdən apellyasiya şikayəti verdiyi haqda yazıb. Şikayətin baxılacağı tarix hələlik bəlli deyil.
ABŞ və Böyük Britaniya səfirlikləri də Azərbaycan hakimiyyətinə məhkəmə qərarına yenidən baxılması tələbi ilə müraciət edib.
Tofiq Yaqublunun azad ediləsini müxalif Respublikaçı Alternativ Partiyasından olan parlament deputatı Erkin Qədirli də tələb edib.