Gürcüstanın qeyri-formal liderinin oğlu Amazon meşələrinin xilası üçün milyon dollardan çox vəsait köçürmək niyyətindədir
Gürcüstanlı milyarder, Gürcüstanın keçmiş baş naziri və “Gürcü arzusu” partiyasının lideri Bidzina İvanişvilinin oğlu, musiqiçi və prodüser Bera İvanişvili Amazon Cəngəlliklərinin Bərpası Fonduna milyon dollar həcmində vəsait köçürəcək.
• Əsrlik ağaclar – milyardçının son marağı
Bu haqda o, Instagram səhifəsində paylaşdığı videoda məlumat verib.
“Alov planetimizin ağciyərini, bizim həyatımızı və övladlarımızın gələcəyini parçalayır. Bu, hərəkət etmək üçün bir çağırışdır. Bu gün mən istəyirəm ki, braziliyalı dostlarıma kpmək edim… Baxmayaraq ki, məm minlərlə mil məsafədə yaşayıram, braziliyalı fanatlarım mənə… öz ailə üzvləri kimi yanaşırlar. Bu sevginin ruhunda mən də onlara mümkün qədər çox kömək etmək istəyirəm…
Mən belə qərar gəlmişəm ki, 1,1 milyon dollar ianə verim. Bu, mənim ağır zəhmətimlə qazanılmış pullardır və eyni zamanda ailəmin qatqılarıdır. Mən sizin hamınızı iştiraka və fəaliyyətə dəvət edirəm. Qədərindən asılı olmayaraq istənilən töhfə əhəmiyyətli və mühümdür. Biz birlikdə dəyişə bilərik. Təşəkkür edirəm və Tanrı sizə xeyir-dua verəcək”, – Bera öz videosunda deyir.
Ölkənin qeyri-formal liderinin oğlunun videosu Facebook-da heç də birmənalı olmayan şərhlərə mövzu olub.
Gürcüstanlı yuzerlər əsasən Bera İvanişviliyə Gürcüstanı narahat edən yüksək işsizlik, yoxsulluq və ekoloji də daxil olmaqla digər problemləri xatırladıblar və soruşublar ki, “niyə öz ölkəsinə yox, Braziliyaya kömək edir”.