Gürcüstanın DİN rəhbəri: Pankisidə SES tikintisinə görə toqquşmalar dayandırılıb
Pankisi dərəsinin icma nümayəndələri ilə hakimiyyət arasında razılaşma əldə edilib – bu haqda Gürcüstanın daxili işlər naziri Giorgi Qaxariya bildirib.
Onun sözlərinə görə, yerli sakinlərlə polis xüsusi təyinatlıları arasında toqquşmalara səbəb olan SES-in tikintisi yalnız “əhalinin 90 faizi tərəfindən dəstəkləndiyi” halda davam etdiriləcək.
“İndi biz hamımız dayanmalı, sakitləşməliyik, harada, kim tərəfindən yanlışa yol verildiyini, kimin günahkar olduğunu aydınlaşdırmalıyıq.Biz dayanmalı və danışığı davam etdirməliyik”, – Qaxariya deyib.
Eyni zamanda o bildirib ki, polisə qarşı güc tətbiq edən hər kəs cəzalandırılmalıdır.
Срочно! Сейчас в Панкиси!!! Резиновые пули, слезоточивый газ. Столкновение местных жителей с силами МВД. Люди гонят спецназ из своих сел. Противостояние началось утром после попытки властей продолжить строительство ГЭС без переговоров с местным населением.
Posted by Пограничная ZONA on კვირა, 21 აპრილი, 2019
Aprelin 21-də Pankisi dərəsində xüsusi təyinatlı polis dəstəsi ilə yerli sakinlər arasında toqquşma baş verib. Münaqişənin səbəbi SES inşaatında işlərin başlanması olub. Yerli sakinlər xüsusi təyinatlılar dəstəsini daşlayıb, polislər buna cavab olaraq gözyaşardıcı qaz və rezin güllə tətbiq edib.
DİN-in məlumatına görə, toqquşmalar zamanı 27 nəfər yaralanıb, onlarda 12 nəfəri yerli sakin, 15 nəfəri isə polis əməkdaşıdır. Bir neçə polis maşını yandırılıb.
Telavidə hakimiyyət nümayəndələri və Pankisi ağsaqqalları arasında danışıqlar bir neçə saat davam edib.
Pankisidə Xadori-3 SES-i inşa edilir. Yerli sakinlər inşaatın əleyhinə çıxır və SES-in dərənin ekologiyasına zərər vuracağını bildirirlər.
Bir neçə gün əvvəl Gürcüstan hökumətinin nümayəndələri Pankisiyə səfər edib və bütün mübahisəli məsələlərin həll ediləcəyinə dair söz veriblər, amma yenə də inşaat işləri başlayıb. Yerli fəallar bəyan edirlər ki, SES tikintisinə imkan verməyəcəklər.
Alazani çayı üzərində tikilməli olan gələcək SES-in gücü 5,4 meqavat olmalıdır. İnşaat işləri 12 aydan sonra sona çatmalıdır.
Şərqi Gürcüstanın Pankisi dərəsində çeçen-kistinlər yaşayır. Yüzdən çox yerli sakin İslam dövləti sıralarında döyüşüb. Onlardan 30-dan çoxu həlak olub. 2017-ci ilin dekabrında terror əleyhinə xüsusi əməliyyat zamanı yerli sakin 19 yaşlı Temirlan Maçalikaşvili ölümcül yaralanıb. Onun ailəsi və Pankisi sakinləri hələ də günahkarların cəzalandırılmasını tələb edirlər.