Gürcüstanın baş naziri: LGBT cəmiyyətinin problemləri şişirdilib
Gürcüstanın baş naziri Mamuka Baxtadze iyunun 17-də “Tbilisi-prayd”ın hazırlanması ətrafındakı ajiotaj və tədbirin təşkilatçılarının ünvanına səslənən hədə-qorxularla bağlı ilk dəfə şərh verib.
LGBT cəmiyyətinin nümayəndələri 18-23 iyun tarixlərində “Tbilisi-prayd”ın keçirilməsini planlaşdırırlar. Gürcüstan patriarxlığı hakimiyyəti buna yol verməməyə çağırıb.
Mamuka Baxtadzenin sözlərinə görə, Gürcüstanda bütün insanların hüquqları müdafiə olunur və özünüifadə hüququ Konstitusiya ilə təmin edilir. O, LGBT cəmiyyətinə onların aksiyalarını pozmağa cəhd edən əleyhdarlarına imkan verməmiş, toqquşmaların qarşısını almış və “çox vacib balansı pozmamış” polis əməkdaşlarına minnətdarlığını bildirib.
“Buradaca sıravi vətəndaş kimi öz təəssüratlarımla bölüşmək istəyirəm – düşünürəm ki, məsələ süni şəkildə kəskinləşdirilib və Gürcüstan cəmiyyətinə sırınıb, Gürcüstanda təcavüzkar siyasi gündəliyin bərqərar olmasına yönəlib. Düşünmürəm ki, bu məsələ hazırda Gürcüstanda problemlidir”, – Baxtadze bildirib.
Onun sözlərinə görə, Gürcüstan qanunvericiliyi hər bir vətəndaşın hüquqlarını müdafiə edir, “lakin problem şişirdilib və cəmiyyətə sırınır”.
DİN-in araşdırması
Daxili İşlər Nazirliyi qanunsuz qruplaşmaların yaradılması, onların idarə edilməsi və nlarda iştirak faktları üzrə araşdırmaya başlayıb.
Söhbət iş adamı Levan Vasadzenin “xalq drujinaları”nın yaradılması və LGBT-praydın keçirilməsinin qarşısını almağa çağırışlarından gedir. Elə həmin gün, iyunun 16-da Vasadze “xalq drujinaları”na mane olacağı təqdirdə polisə qarşı güc tətbiqi ilə hədə-qorxu gəlib.
DİN ictimaiyyətə xatırladır ki, dövlət strukturlarının vəzifələrini icra edən hər hansı qruplaşmaların yaradılması və onlara rəhbərlik qanunvericiliklə yolverilməzdir.
“Polisin. Yaxud digər dövlət idarəsinin funksiyalarını öz üzərinə götürmə cəhdlərinin qarşısı dərhal alınacaq. Polisə qarşı zorakılıq, onun tələblərinə məhəl qoymamaq, hər bir qanunvericiliyin pozulması faktı DİN-in müvafiq reaksiya olmadan qalmayacaq”, – Gürcüstan Daxili İşlər Nazirliyinin bəyanatında deyilir.
Gürcüstan daxili işlər nazirinin müavini Natiya Mezvrişvilinin sözlərinə görə, qurum “hər bir konkret şəxsin hərəkətlərinin qiymətləndirilməsi üzrə bütün zəruri istintsq və prosessual tədbirləri görəcək. Mən heç bir cəngavər (Levan Vasadzenin rütbəsi – JAM-news) tanımıram, lakin polis əməkdaşına əl qalıran hər kəs anunun bütün sərtliyi ilə ciddi cəzalandırılacaq. Heç kimin polis səddini keçmək hüququ yoxdur”.
“Əsl kişilərin yığıncağı”
İş adamı Levan Vasadze iyunun 16-da xşam Tbilisinin mərkəzində toplantı tışkil edib və bura ancaq kişiləri dəvət edib.
Toplantı haqqında iyunun 14-də LGBT cəmiyyətinin hökumət administrasiyasının binası qarşısında aksiya keçirmısinə Vasadzenin, bir sıra ruhaninin və sağ meylli fəalların mane olmaq cəhdindən sonra elab olubnuşdu. Polis onların LGBT cəmiyyətinin nümayəndələrinə hücum cəhdlərinin gamısının qarşısını almışdı, aqressiv əhval-ruhiyyəli 28 gənc saxlanılmışdı.
Vere parkındakı sözügedən toplantıda Levan Vasadze “xalq drujinaları”nın və “legion”un yaradılmasını bəyan edib ki, bunlar 18-23 iyun tarixlərində, başqa sözlə, LGBT-praydın təyin olunduğu günlərdə Tbilisi küçələrində patrulluq edəcək.
“Şəhəri hissələrə böləcəyik və nəzarət edəcəyik – sakit, səssiz, hər hansı bir silahsız. Biz onların qollarını bağlayıb olduqları yerlərdən uzaqlaşdıracağıq”, – Vasadze bildirib. O, LGBT cəmiyyətinin tədbirlərinin keçirilməsini dəstəkləyən xarici diplomatları da diqqətdən kənarda qoymayib. Onun sözlərinə görə, xarici səfirin mühafizəsi ilə birlikdə qollarını bağlayıb doğma səfirliklərinə çatdıracaqlar.
Hakimiyyətin və müxalifətin reaksiyası
“Bunlar cinayətkar və çox təhlükəli hərəkətlərdir! Bu cür təcavüzkarlığın təbliğatı birmənalı olaraq yolverilməzdir!” – Levan Vasadzenin hərəkətlərinə hakim “Gürcü arzusu” partiyasından deputat Tamar Xulordava özünün “Facebook” səhifəsində belə reaksiya verib.
Bununla birlikdə, o qeyd edib ki, dövlət zorakılığa imkan verməyəcək və polis öz funksiyalarını yerinə yetirəcək.
Müxalifət nümayəndələri vəziyyətə görə məsuliyyəti hakimiyyətin üzərinə qoyurlar.
“Gürcü arzusu” elə atmosfer yaradıb ki, putinçi, ekstremist qüvvələr açıq şəkildə zorakılığa çağırırlar… Baş verənlərə barmaqarası yanaşma onlarda iştirak etməyə bərabərdir”, – “Avropa Gürcüstanı” müxalifət partiyasının üzvü Serqo Ratiani deyib.
“Onların fəaliyyəti ilə ilk növbədə xüsusi xidmət orqanları məşğul olmalıdırlar ki, Kremllə mümkün əlaqələrini üzə çıxarsınlar”, – müxalifətçi “Milli hərəkat”ın üzvü Xatiya Dekanoisze hesab edir.