“Bizi acından ölməyə qoymayın” – transgenderlər Gürcüstan hökumətindən yardım istəyir
“Lütfən, bizə diqqət yetirin. Lütfən, bizi aclığa, soyuğa və ölümə qurban verməyin”, – yerli transgenderlərdən ibarət qrup Gürcüstanın baş nazirinə bu məzmunda açıq məktubla müraciət ediblər.
- Gürcüstanda yeni koronavirus – 2021-ci il yanvarın sonuna qədər yeni məhdudiyyətlər
- Transgenderə sığınacaq verən kilsə. Video
Onlar epidemiya müddətində, məhdudiyyətlər aradan götürülənə qədər hökumətdən yardım istəyirlər. Məktubda deyilir ki, onlar həddən artıq yoxsul vəziyyətdə yaşayırlar, çoxlarının hətta kirayə haqqını ödəmək, ərzaq və dərman almaq imkanı yoxdur:
“Biz ən həssas qrupuq, heç bir böhran əleyhinə plan bizi əhatə etməyib. Gürcüstanda transgenderlərin 90 faiziseksual xiddmətlə pul qazanırdı və indiyə qədər özlərini təmin edirdilər. Amma indi karantin şəraitində bu, mümkünsüz olub”.
Məktub müəlliflərinin sözlərinə görə onlar təxminən 100 nəfərdən ibarət qrupum maraqlarını təmsil edirlər.