Gürcüstanda fövqəladə vəziyyət mərhələli şəkildə ləğv ediləcək
Gürcüstanda fövqəladə vəziyyətin məhdudiyyətləri mərhələlik şəkildə – iki həftədə bir dəfə ləğv ediləcək.
Hökumətin anti-böhran lanına əsasən, hər bir sonrakı mərhələyə keçid ölkədəki vəziyyətin analizi əsasında həyata keçiriləcək.
Bununla birlikdə, hakimiyyət iddia edir ki, Səhiyyə Nazirliyinin tövsiyələri pozularsa və koronavirusun yenidən yayılması təjlükəsi artarsa, fövqəladə vəziyyətin ləğv edilmiş maddələri bərpa ediləcək.
Aprelin 24-ü tarixinə Gürcüstanda koronavirusa 431 yoluxma halı aşkarlanıb. 5,126 nəfər karantindədir. 578 nəfər stasionar şəraitində müalicə edilir. 114 nəfər sağalıb. Beş nəfər ölüb.
- Qafqazda koronavirus. Yenilənir
- Кoronavirus, fövqəladə vəziyyət və Gürcüstanda fermerlərin etirazı
- Ermənistan: biznes koronavirusdan nə qədər zərəır görəcək, fövqəladə vəziyyətdən sonra iqtisadiyyatı nə gözləyir?
Fövqəladə vəziyyətin yumşaldılması planı aşağıdakı kimidir:
27 apreldən:
Avtomobillərin hərəkəti, taksinin işi və onlayn ticarət bərpa olunacaq. Kənd təsərrüfatı bazarları açılacaq.
Maşınların hərəkətinə şəhərlərin daxilində icazə veriləcək.
Tbilisi, Batumi, Rustavi, Kutaisi bağlı qalacaq. Qapalı şəhərlərdən giriş və çıxışa yalnız 27 və 28 aprel tarixlərində icazə veriləcək.
Hardasa ilişib qalmış insanlar iki gün ərzində qeydiyyat ünvanlarına qayıtmaq imkanı əldə edəcəklər.
Aprelin 29-da məhdudiyyət bərpa olunacaq.
11 maydan:
Tikinti materiallarının istehsalı bərpa ediləcək. Avtoobillərin yuyulması məntəqələri və avtoservislər açılacaq. Kompüterlərin, texnikanın təmiri üzrə salonlar, həmçinin parklar açılacaq.
25 maydan:
Küçədən ayrıca girişləri olan topdan və pərakəndə satış mağazaları açılacaq.
15 iyundan:
Ticarət molları, açıq tipli restoranlar, iaşə obyektləri, istənilən tipli maliyyə xidmətləri, gözəllik salonları və estetik təbabət mərkəzləri açılacaq.
29 iyundan:
Bazarlar, yarmarkalar və bütün tip restoranlar açılacaq.
15 iyuldan:
Əyləncə, idman-sağlamlıq mərkəzləri, mehmanxanalar və restoranlar, kazinolar və təhsil müəssisələri açılacaq.
Bununla birlikdə, sosial məsafənin qorunması, tibbi maskaların taxılması məcburidir. Bu barədə Baş nazir Giorgi Qaxariya deyib.
Məktəblərdə tədris sentyabra qədər bərpa edilməyəcək. Baş nazir bildirib ki, tədris ili akademik qismində qeydə alınmayacaq. İmtahanlar keçiriləcək, amma ola bilsin ki, təxirə salınacaq.
Bələdiyyə nəqliyyatının və avianəqliyyatın işlərini nə zaman bərpa ediləcəkləri məlum deyil.