Gürcüstanda daha beş nəfər koronavirusa yoluxub
Gürcüstana İtaliyadan gələn beş nəfərin koronavirusa yoluxduğu aşkarlanıb. Beləliklə təsdiqlənmiş yoluxma hallarının sayı doqquza çatıb.
•Gürcüstanda koronavirus riski yüksək olan ölkələrdən qayıdan əməkdaşları işə buraxmırlar
•Koronavirusdan necə qorunmalı və təhlükə nədən ibarətdir? Sualların cavabları iki dəqiqəlik videoda
•Gürcüstan: turist yoxdur, mehmanxanalar müflisləşmə həddindədir
Kədərli xəbəri Xəstəliklərə Nəzarət Milli Mərkəzinin direktoru Amiran Qamkrelidze brifinqdə açıqlayıb.
“Hazırkı halda bunlar bir ailənin üzvləridir. Onlar birlikdə İtaliyaya gediblər və bazar günü Gürcüstana qayıdıblar. Nəticədə ölkəmizdə hazırda doqquz nəfər koronovirus xəstəsi var”, – Amiran Qamkrelidze deyib.