Gürcüstanda azlıqların etiraz etmək hüququ yoxdur – respondentlərin 43 faizi belə hesab edir
Diskriminasiya, nifrət hissi ilə törədilən cinayətlər, nifrət dili Gürcüstanda problem olaraq qalır – Avropa Şurasının Tolerantlıq Günü ilə əlaqədar açıqladığı tədqiqatda deyilir. Tədqiqatda cəmiyyətin diskriminasiya və nifrət dili ilə bağlı münasibəti təhlil edilib. “Qafqazda Resursların Öyrənilməsi Mərkəzinin” (CRRC-Gürcüstan) həyata keçirdiyi tədqiqata əsasən, əhalinin əhəmiyyətli hissəsi (36 faiz) müxtəlifliyi öz ölkəsi üçün ziyanlı hesab edir, 43 faiz düşünr ki, azlıqların küçələrdə etirazını bildirmək hüququ yoxdur.
Tədqiqat 2018-ci ilin avqustunda aparılıb.
JAMnews bu sənəddən bir neçə maraqlı fraqmenti diqqətə çatdırır.
__________________
Müxtəliflik ənənələrin düşmənidir
Tədqiqat gedişatında bəlli olub ki, əhalinin 36 faizi müxtəlifliyin ölkəyə mənfi təsir göstərdiyi, gürcü mədəniyyəti və ənənələri üçün təhlükəli olduğu qənaətindədir.
Gürcüstanda ən çox LGBT birliyi nümayəndələrinə dözümsüz yanaşırlar
Gürcüstanda ən müsbət münasibət məhdud fiziki imkanlı insanlara, ən mənfi münasibət isə LGBT birliyi nümayəndələrinə göstərilir. Sorğu edilənlərin böyük hissəsi qeyri-Avropa ölkələrindən olan miqrantara mənfi münasibət bəsləyir.
•Protestantlar Gürcüstanda necə yaşayır?
•Gürcüstan: ən azı on qadın tanınmış hüquq müdafiəçisini tacizdə günahlandırıb
•ABŞ Dövlət Departamenti: Gürcüstanda dini etiqad azadlığı məsələsində problemlər qalmaqdadır
Ən aşağı tolerantlıq səviyyəsi LGBT birliyi nümayəndələrinə qarşı qeydə alınıb. Sorğu edilənlərin 70 faizi homoseksuallarla nəinki şəxsi münasibət, heç işgüzar münasibət də saxlamaq istəmir. Yalnız 22 faiz onlarla insani münasibət saxlamağa hazırdır.
Sorğu gedişatında respondentlərdən hansı qrupların nümayəndələrini qonşuluqda görmək istəmədiklərini soruşublar. 67 faiz qəti şəkildə narkomanlara qarşıdır. Bir o qədəri də kriminal aləmlə əlaqələri olan insanlardan uzaq olmaq istəyir. LGBT birliyi nümayəndələri ilə qonşu olmaq istəməyənlər 54 faiz təşkil edib. Ən tolerant münasibət məhdud fiziki imkanlı insanlara qarşıdır – sorğuda iştirak edənlərin cəmi 1 faizi.
Gürcülərin çoxu biznes tərəfdaşı qismində rusları və amerikalıları görmək istəyir
Hansı qrupdan olan insanlarla işgüzar münasibətləri ən məqbul hesab etdiklərinə dair sualın cavabında məhdud fiziki imkanlı insanlar ən çox səs toplayıb.
Milli mənsubiyyət baxımından isə gürcülər ən çox ruslarla və amerikanlarla işləmək istəyirlər – respondentlərin 80 faizi. Afrikalılarla soruğuda iştirak edənlərin 54, homoseksuallarla isə 22 faizi işgüzar münasibətə hazırdır.
Gürcüstan vətəndaşları insan haqları ilə bağlı elementar informasiyaya sahib deyillər
Sorğuda iştirak edənlərin 43 faizi hesab edir ki, qanunvericiliyə əsasən, azlıqların etiraz etmək hüququ yoxdur; 39 faiz güman edir ki, azlıqların nümayəndələri seçkilərdə öz namizədliklərini irəli sürə bilməz; 36 faizin fikrincə, qanun dövlət üçün mühüm olan məsələlərin həllində azlıqların iştirakını qadağan edir; 25 faiz isə ümumiyyətlə düşünür ki, azlıqlar seçkidə iştirak edib, səs verə bilməz.
Gənclər daha tolerantdır, cəmiyyətin qadın qisminin isə baxışları yetəri qədər formalaşmayıb
18-23 yaş arası respondentlər arasında orta tolerantlıq göstəricisi 16 faizdir. Yaş artdıqca göstərici bir o qədər azalır.
Həmçinin məlum olub ki, LGBT birliyinin haqlarına münasibətdə ən ambivalent və ya formalaşmamış mövqe sahibi əhalinin qadın qisminə aiddir. Buna görə də, tədqiqat müəllifləri hesab edirlər ki, qadın qrupları dəyişikliklərə daha açıqdırlar və əhalinin digər qrupları ilə müqayisədə onlarla iş daha məhsuldar olur. LGBT birliyinə münasibətdə nisbətən formalaşmamış münasibətə kənd sakinləri və ermənilər sahibdir.
Gürcülərin LGBT nümayəndələrini sevməməsinin bir neçə səbəbi
Müəlliflərin hədəflərindən biri gürcülərin LGBT nümayəndələrinə qarşı kəskin mənfi münasibətinin səbəblərini, onların nədən ehtiyat etdiyini aydınlaşdırmaq qərarı olub.
Cavab almaq üçün etnik gürcülərdən ibarət iki fokus-qrup formalaşdırılıb.
Tədqiqat müəlliflərinin sözlərinə görə, ən çox eşidilən cavablar bu səpkidə olub – LGBT nümayəndələri cəmiyyəti narahat etməməlidir və ya homoseksualların haqları məhdudlaşdırılmamalıdır.
Həmçinin LGBT nümayəndələrinin öz həyat tərzini təbliğ etməməli olduğu ilə bağlı cavablar da qeydə alınıb. Bəzi respondentlər bu təbliğatın homoseksuallığın yayılmasına səbəb olmasından narahatlığını ifadə edib. Onlar insanın homoseksual doğula biləcəyinə inanmırlar.
Fokus-qrupun söz açdığı başqa bir təhlükə cəmiyyətin dini və ənənəvi dəyərlərinin təhdid altında qalmasıdır. Onlar gürcü cəmiyyətinin dindarlığını və ənənələrə sadiq olmasını vurğulayıb, LGBT birliyinin buna hörmətlə yanaşmalı olduğunu bildiriblər.
Tədqiqat müəlliflərinin sözlərinə görə, kişilərdən ibarət olan fokus-qruplar LGBT birliyi nümayəndələrinin öz haqlarının müdafiəsini tələb etmələrini rədd ediblər və bunu qeyri-legitim adlandırıblar:
“Onlar bildirirlər ki, a) LGBT birliyi öz haqlarının müdafiəsi üçün aksiyalar təşkil etməkdən ötrü pul alır; b) Qərd təşkilatları və hökumətləri süni şəkildə LGBT birliyinin hüquqları məsələsini gündəmə gətirir və aktuallaşdırır”, – hesabatda belə cavab da var.
Çoxluq azlıqların problemlərindən xəbərsizdir
Çoxluq qruplarını azlıqlara qarşı indifferent münasibət göstərməkdə, hətta çox zaman onların problemlərindən ümumiyyətlə xəbərsiz olmaqda qınayırlar.
Məsələn, pravoslavların 44 faizi hesab edir ki, dini azlıqların heç bir problemi yoxdur. Halbuki yalnız 17 faiz müsəlman Gürcüstanda dini zəmində problem olmadığını düşünür.
Kişi respondentlərin 41 faizinin fikrincə, Gürcüstanda qadınlar problemlərin çoxundan məhz qadın olduqları üçün qaçırlar. Bu fikirlə qadın respondentlərin yalnız 28 faizi razı olub. Onlar bu zaman ailədaxili zorakılıq və cinsi əlamətə görə haqlarının pozulması məsələlərini də “xatırlayıblar”. Dini azlıqların nümayəndələri isə nifrət dilinin mövcud olması və əmək bazarında diskriminasiya problemlərini qeyd ediblər.
Gürcüstanda etnik azlıqların şikayətlənməyə heç bir səbəbinin olmadığını düşünən gürcülər ermənilərdən və azərbaycanlılardan üç dəfə çoxdur – müvafiq olaraq 29 faiz 10 və 12 faizə qarşı.