Homofobiya ilə Mübarizə Gününə həsr olunmuş aksiyada natiqə hücum olub" />

Tbilisidə 17 may – homofobiya ilə mübarizə, Ailə Müqəddəsliyi Günü və homofobiya əleyhinə aksiyada zorakılıq

Homofobiya ilə Mübarizə Gününə həsr olunmuş aksiyada natiqə hücum olub

Beynəlxalq Homofobiya və Transfobiya ilə Mübarizə Günü Gürcüstanfda gərgin şəraitdə keçib. Bir tərəfdən patriarxlıq, neonasist və ultramillətçi qruplaşmalar, minlərlə insan Ailə Gününü qeyd edib. Digər tərəfdən LGBT fəalları əvvəlcə planlaşdırılmış “17 mayı dərk edək” aksiyasını təxirə salıb, daha sonra isə  kiçik “partizan” qrupu hər şeyə rəğmən Homofobiya ilə Mübarizə Gününü qeyd edə bilib.

Bu iki tədbirin bir önəmli fərqi olub. Patriarxlığın təşkil etdiyi yürüş iştirakçıları Tbilisi hküçələrində azad hərəkət edib, LGBT fəalları isə öz əsas aksiyalarını gücləndirilmiş polis qoruması altında keçirib və aksiya iştirakçılarının bir hissəsi tədbirin keçirildiyi yerə xüsusi təqdim olunmuş nəqliyyatla gəlib. Onların təhlükəsizliyinin təminatı üçün hətta “Azadlıq Meydanı” metrostansiyası da dayandırılıb.

Polis “Azadlıq Meydanı” metrostansiyasının pilləkən keçidini qoruyur

Yüksək təhlükəsizlik tədbirlərinə baxmayaraq, homofobiya əleyhinə aksiyanın natiqlərindən biri zorrakılığa məruz qalıb. Çıxış etdiyi zaman gənc oğlan ona tərəf sıçrayıb, bir neçə zərbə endirib və qaçıb. Polis xuliqanı saxlayıb.

თავდასხმა აქციაზე არა ჰომოფობიას

თავდასხმა აქციაზე არა ჰომოფობიას – აქციაზე არა ჰომოფობიას ერთ-ერთ სიტყვით გამომსვლელს თავს ახალგაზრდა კაცი დაესხა, რომელიც შემთხვევის ადგილიდან გაქცევას ცდილობდა. ის პოლიციამ დააკავა. უფრო ვრცლად – tbl.ge/2xgr

Posted by ტაბულა • Tabula on 2018 წლის 17 მაისი, ხუთშაბათი

Homofobiya və transfobiya əleyhinə aksiya

“Homofobiya, transfobiya və faşizmə yox” – bu axşam dövlət dəftərxanası yanında aksiya bu şüar altında keçirilib. Dövlət dəxtərxanasına bütün çıxışları polis kəsib və aksiyada jurnalistlərdən başqa kənar adam olmayıb.

Buna qqədər isə LGBT fəallarından ibarət kiçik “partizan” qrupları səhiyyə, ədliyyə, təhsil, daxili işlər nazirliylikləri və Xilasetmə Xidməti qarşısında mini-aksiyalar keçirməyə müvəffəq olublar. Onlar öz problemlərini səsləndirib, bu qurumları konkret addımlar atmağa çağırıblar:

Gürcüstanda müvafiq tibbi xidmət yoxdur, bu da transgenderləri onlar üçün təhlükəli olan prosedurlar qarşısında müdafiəsiz qoyur.

  • Gürcüstanda yaşayan transgenderlər özləri üçün ən vacib olan – tanınmaq haqqına nail ola bilmirlər.
  • LGBT təmsilçiləri homofob siyasi və polis rejiminin qurbanlarıdır. Onlar DİN-i qəddarlıqda diktə olunan cinayətlərə qarşı effektiv mübarizəyə çağırıb. Fəalların sözlərinə görə, polislər özləri homofob əhval-ruhiyyəni təbliğ edir.
  • Aksiya iştirakçılarl Gürcüstan Parlamentini və İnsan Haqlarının Müdafiəsi üzrə Komitəni qəddarlıqla motivə edilən cinayətlər, o cümlədən də hüquq-mühafizə orqanlarının səlahiyyətlərini aşdıqları  zamanı effektiv parlament nəzarətini həyata keçirməyə çağırıb. 
  • Aksiya iştirakçıları parlamenti Sofio Kiladzeni İnsan Haqları üzrə Komitənin sədri vəzifəsindən azad etməyə çağırıb.
  • Aksiya iştirakçıları Təhsil Nazirliyini məktəbləri homofob bullinqlərdən təmizləməyə çağırıblar.
“Biz hamı üçün təhlükəsiz məktəb istəyirik! Bütün uşaqların fərdi xüsusiyyətlərin asılı olmayaraq eyni imkanlara sahib olduğu və hamısının özünü təhlükəsizlikdə hiss etdiyi məktəblər. Böyüklərin dəstəyinə ehtiyac duyan uşaqların onlardan anlayış görə biləcəyi məktəblər. Homofob bulliqlərin aradan qaldırılması üzrə strategiyanın işlədiyi məktəblər. Homofob bullinqlərin sona çatdığı və bu problemin prioritet sayıldığı məktəblər”, – LGBT fəallarının müraciətində deyilir..

Patriarxlıq Homofobiya ilə Mübarizə Gününə qarşı Ailə Günü keçirir

Səhər Tbilisidə Qızılgüllər Meydanından Müqəddəs Üşlük kilsəsilə doğru patriarxlığın təşkil etdiyi yürüş baş tutub. Paralel olaraq bir neçə kilsədə sevgili cetleklərin kütləvi nikahı baş tutub. Xaç, ikona və ailə dəyərlərinin birinci sırada olduğu haqda şüarlarla keçən yürüşdə minlərlə insan iştirak edib. Onların arasında LGBT birliyinə qarşı xüsusi aqressivliyi ilə seçilən, LGBT təbliğatının qadağan olunmasını tələb edən insanlar da olub. Dinc yürüşdən sonra iştirakçıların bir qismi, o cümlədən də bir neçə din xadimi parlametin yaxınlığında toplaşıb.

Onlardan biri, dyakon Elizbar ətrafdakı insanlara müraciətində bildirib ki, “Rustaveli prospekti bu gün pravoslavların sərəncamındadır və heç bir gey pravaslavlığın bayram etdiyi bu gündə … qurmağa cəsarət edə bilməz”.

Mayın 16-da LGBT birliyi kütləvi aksiyanın təxirə salınmasını elan edib

Mayın 16-da LGBT birliyinin nümayəndələri planlaşdırılmış “17 mayı dərk edək” irimiqyaslı aksiyasını təxirə salmaq qərarına gəliblər. Onların sözlərinə görə, aksiyanı dağıdacaqları ilə bağlı təhdid edən neonasist və ultramillətçi qruplaşmalarla qarşıdurma təhlükəsi mövcuddur.

LGBT fəalları bəyan ediblər ki, faşist qruplaşmalarının güclənməsi dövlətin səhlənkar və məsuliyyətsiz sosial siyasətinin nəticəsidir və hakimiyyəti məsuliyyət nümayiş etdirməyə çağırıblar. Bu qrupalrın fəallığını homofobiya əleyhinə aksiyaların təşkilatçıları patriarxlığın və Rusiya xüsusi xidmət orqanlarının dəstəyi ilə əlaqələndirirlər.

LGBT fəalları homofobiya və transfobiya əleyhinə aksiyanın təxirə salındığını elan edəndən sonra məlum oldu ki, “Gürcü marşı” neonasist qruplaşmasının planlaşdırdığı əks-aksiya da təxirə düşüb. Qruplaşma nümayəndələri gizlətməyiblər: aksiyanın təxirə düşməsinin səbəbi LGBT fəallarının öz aksiyalarını keçirməkdən imtina etməsi olub.

Gürcüstanda mayın 17-i necə qeyd olunub?

Mayın 17-də – Beynəlxalq Homofobiya və Transfobiya ilə Mübarizə Günündə Tbilisidə hər il ağır vəziyyət yaranır. Öntarixçə belədir:

2012-ci il – aksiya keçirmək istəyən TGBT təmsilçiləri ilə ruhanilərin arasında qarşıdurma. LGBT-nin Rustaveli prospektində keçirdiyi yürüş Valideynlərin Pravoslav İttifaqı və Vaxtanq Qorqasali İttifaqı tərəfindən bloklaıb. Qarşıdurma iştirakçılarına yoldan keçən təsadüfi adamlar da qqoşulmağa başlayıb. Toqquşmalar baş verib. Bir neçə LGBT fəalı saxlanılıb.

2013-cü il – gənclərdən ibarət qrup əllərində pplakatlar və şarlar Tbilisinin mərkəzində aksiya keçirərək, vətəndaşları fərqli seksual oriyentasiyalı insanlara qarşı tolerantlığa və dözümlülüyə çağırmağa cəhd göstəriblər. Pravoslav kilsəsinin camaatı dərhal əks-aksiya təşkil ediblər. Homofobiya ilə mübarizə aparan yüzlərlə aksiya iştirakçısını polis qırğın salmağa hazır olan dini fanatların və neonasist qrupların əlindən zorla qurtara bilib. Onlar polisin LGBT fəallarını hadisə yerindən apardığı avtobusları da daşlayıblar.

2014-cü il – mayın əvvəlində bütün Gürcüstanın Katalikos Patriarxı İkinci İliya mayın 17-ni Ailə Müqəddəsliyi Günü elan edib. Bundan sonra hər il mayın 17-də Rustaveli prospektində dindarların iştirakı ilə xaçlı yürüş və digər tədbirlər keçirilir.

 

2014-cü ildə Tbilisidə Puşkin bağında LGBT fəallarının fərqli seksual oriyentasiyalı inlanları və onların haqları uğrunda mübarizə aparanları xatırlatmaq məqsədilə yaratdığı “Gözəgörünməyənlərin etirazı” adlı instalyasiya 

2015-ci il — fəallardan ibarət kiçik qrup Homofobiya Əleyhinə Gününü qeyd etməyə cəhd göstərib. Aksiya iştirakçılarının təhlükəsizyini təmin etmək üçün aksiyaya çıxan bütün yollarpolis tərəfindən bloklanıb, aksiya iştirakçıları isə əvvəlcədən qeydiyyatdan keçib. Hər ehtimala qarşı aksiya keçirilən yerə iştirakçıların cəld evakuasiyası üçün 20 avtobus gətirilib.

2016-cı il – Tbilisinin mərkəzində “Ailə Konqresi” keçirilib. LGBT fəallar tədbir keçirilən yerə göyqurşağı rənglərinə boyanmış kətil gətirib. Polis dərhal onları bu etiraz atributunu ortadan qaldırmağa məcbur edib (toqquşmaların birində LGBT fəallarına taxta kətillə “silahlanmış” keşiş hücum etmişdi) və xəbərdarlıq haqda akt tərtib edib. Bir müddət sonra eyni yerdə Ailə Müqəddəsliyi Gününü qeyd etmək üçün dindarlar toplaşıb. Rustaveli prospektində əllərində ikona, dualar oxunaraq yürüş keçirilib.

2017-ci il – LGBT fəalları Dövlət Dəxtərxanasının binası qarşısında aksiya keçirməyə müvəffəq olub. Tədbir ancaq bir saat davam edib. əvvəlcədən qeydiyyatdan keçmiş aksiya iştirakçılarını dəxtərxana binasının qarşısına polis xüsusi avtobuslarda dolanbac yollarla gətirib. Yaxınlıqda Rustaveli prospektində dindarlar yenə də Ailə Müqəddəsliyi Günü qeyd ediblər.

2018-ci il – millətçi qruplaşmalar xəbərdarlıq ediblər ki, mayın 17-də homofobiyayla mübarizəyə həsr olunmuş heç bir aksiyaya yol verməyəcəklər. “Biz tələb edirik ki, mayın 17-də yalnız Ailə Günü qeyd olunsun”, – “Gürcü marşı” təşkilatının liderlərindən biri Sandro Breqadze deyib.


More on JAMnews