Xəstələnənlərdən biri – Nikoloz Qamkrelidze, Xəstəliklərə nəzarət milli mərkəzinin direktorunun oğludur. O özü həkimdir və “Evex” klinikasına rəhbərlik edir.
Qamkrelidze özünün “Facebook” səhifəsində yazıb ki, İtaliyaya səfərdən qayıtmış həmkarı ilə ünsiyyətdə olub və koronavirusa yoluxub.
Bu yoluxma halı Gürcüstanda virusun ölkə daxilində bir nəfərdən digərinə keçməsinin ilk halı olub. İndiyə kimi bütün xəstələnənlər İtaliyaya və ya İrana səfərlərdən qayıdanlar idi.
“Evex” klinikasının virus daşıyıcısına çevrilmiş əməkdaşı (onun adı hələlik açıqlanmır) İtaliyada bir neçə gün keçirib və martın 1-də Tbilisiyə qayıdıb. Ertəsi gün o, işə gəlib və burada ümumi yığıncaq keçirib. Nikoloz Qamkrelidze də həmin görüşdə iştirak edib.
Ertəsi gün həmin əməkdaşın vəziyyəti pisləşib və ona koronavirus diaqnozu qoyulub.
Onunla birlikdə İtaliyada olmuş beş dostu da koronavirusa yoluxub.