İrakli Kobaxidze: “Gürcüstanın Aİ ilə danışıqlara başlamaq şansı artıb”
Gürcüstana qarşı beynəlxalq sanksiyalar
Gürcüstanın baş naziri İrakli Kobaxidzenin sözlərinə görə, “xarici agentlər haqqında” qanun ölkənin Avropa İttifaqına daxil olmaq üzrə danışıqlara başlamaq şansını artırıb.
“Qanun qüvvəyə minməzdən əvvəl danışıqlara başlamaq şansı sıfır idi. Avropa İttifaqının konkret nümayəndələri ilə keçirilən görüşlər bu məntiqi nəticəni çıxarmağa imkan verdi. Bu gün qanunun qəbulundan sonra bu şans təxminən 20-30%-ə qədər artıb”, – Kobaxidze bildirib.
- Ermənistanla sərhəddə atəşkəs niyə pozulur? Bakıdan baxış
- Paşinyan: “Biz KTMT-dən çıxacağıq, başqa yol yoxdur”
- Avropa Məhkəməsi bloklanmış 4 mediaya görə Azərbaycanı cərimələdi
Qərb tərəfdaşları bunun əksini dediyi halda Kobaxidzenin bunu hansı əsasla iddia etdiyini soruşduqda, Kobaxidze “bəyanatlar başqa şeydir, nəticələr isə başqa” cavabını verib:
“2023-cü ildə də müxtəlif bəyanatlar oldu, amma biz namizəd statusu aldıq. Çünki prinsipial olaraq dayandığın yerdə nəticə də əldə edirsən”.
İyunun 16-da “Azadlıq” radiosu Avropa İttifaqının Gürcüstana qarşı sanksiyalarla bağlı sənəd hazırlaması barədə məlumat yayıb. Sənəd şəxsi sanksiyaları, maddi yardımın dayandırılmasını və hətta vizasız rejimin müvəqqəti dayandırılmasını nəzərdə tutur. Aİ Gürcüstanda siyasi vəziyyət yaxşılaşmayacağı təqdirdə bu addımları atmaq niyyətindədir.