Gürcüstan parlamenti “xarici agentlər haqqında” qanunu birinci oxunuşda qəbul edib
Gürcüstan – xarici agentlər haqqında qanun
“Agentlər haqqında” qanun Gürcüstan parlamentinin plenar iclasında birinci oxunuşda qəbul edilib. 83 deputat lehinə, 0 nəfər əleyhinə səs verib.
Parlament dinləmələri və müzakirələri müxalifətin və vətəndaş cəmiyyətinin etirazları fonunda baş tutub. Parlamentin spikeri Şalva Papuaşvili müxalifət partiyalarının nümayəndələrini: Vahid Milli Hərəkatın sədri Levan Xabeişvili, “Aqmaşenebeli” Strategiyasının lideri Giorgi Vaşadze, “Milli Hərəkat” fraksiyasının sədri Tina Bokuçava və “Lelo” partiyasının üzvü Anu Natsvlişvilini zaldan çıxarıb.
- Gürcüstan müxalifəti keçmiş baş nazirin ailəsinin bu qədər pulu haradan əldə etdiyini öyrənməyi tələb edir
- Gürcüstan, 9 Aprel faciəsi: sovet ordusunun Tbilisidə dinc nümayişçilərə divan tutmasından 35 il ötdü
- Tbilisi Open Air festivalı azadlığın, müxtəlifliyin və musiqinin 15 illik yubileyini qeyd edir
Parlament prosedurlarına görə, qanun layihəsinin yekun qəbulu üçün üç dinləmə və səsvermə tələb olunur.
- Qanun layihəsinin birinci oxunuşu zamanı layihənin ümumi prinsipləri və əsas müddəaları müzakirə edilir;
- İkinci oxunuşda qanun layihəsinə maddə-maddə baxılır;
- Üçüncü dinləmədə yalnız redaksiya qeydləri daxil edilir.
Parlamentin müzakirəsi etirazlar fonunda baş tutub.
Gürcüstan – xarici agentlər haqqında qanun