Gürcüstan hakimiyyəti bildirir ki, müxalifət seçkilərdən sonra “silahlı üsyana” hazırlaşır
Gürcüstanda həlledici parlament seçkilərinə üç gün qalmış hakimiyyət nümayəndələri bildiriblər ki, müxalifət silahlı üsyn planlaşdırır.
Bu haqda bəyanatı “Gürcü arzusu” iqtidar partiyasının icraçı katibi İrakli Kobaxidze səsləndirib.
Kobaxidze sübut olaraq müxalifətin sifarişi ilə keçirilmiş sosioloji sorğunu göstərib. Onun sözlərinə görə, tədqiqatın suallarından biri belə olub: “Əgər siz seçkilərin nəticələrindən razı qalmasanız etirazın hansı növü sizin üçün məqbul ola bilər?”
“Vətəndaşların cavabları arasında dövlər müəssisələrinin bloklanması və aclıq aksiyası ilə yanaşı belə variant da təklif olunub – dövlət binalarının ələ keçirilməsi və tələblərin təmin olunması üçün fiziki, yaxud silahlı qüvvənin tətbiqi”, – Kobaxidze qeyd edib.
● Gürcüstanın iqtidar partiyasının regional qərargahının qarşısında dava zamanı dörd nəfər yaralanıb
Onun sözlərinə görə, bu o deməkdir ki, “2016, 2018 və digər illərdə olduğu kimi radikal müxalifət silahlı üsyan ssenarisini nəzərdən keçirir və radikal müxalifət dövlətə qarşı silahlı qarşıdurma formasına əl atarsa, vətəndaşların necə reaksiya verəcəyini öyrənir! Bu, tamamən sarsıdıcı faktdır”.
Kobaxidzenin sözlərinə görə, “Milli Hərəkat” müxalif partiyasının rəsmi seçki qərargahından başqa “cinayətkar Vano Merabişvilinin” (keçmin daxili işlər naziri və baş nazir) rəhbərliyi altında “inqilab qərargahı” açması da qiyamın hazırlandığına dəlalət edir.
● Gürcüstanda seçki ərəfəsində kim daha populyardır – iqtidar partiyası, yoxsa müxalifət? Sorğular
● Gürcüstanda seçkilər: inzibati resurs necə işləyir?
● Gürcüstan əhalisinin 70 faizi koalisiya hökuməti istəyir
Parlamentin keçmiş spikerinin bu bəyanatına müxalifət nümayəndələri və ekspertlər cavab verib
Sergi Kapanadze, “Avropa Gürcüstanı” siyasi partiyası
“Cənab Kobixadze yalançıdır. Onlar (hakimiyyət) uğur qazana bilməyəcəklər, heç bir silahlı qiyam və zorakılıq olmayacaq, bu şənbə onlar çox sakit uduzacaqlar və bu hekayə bitəcək. Yalan isə tarixdə İvanişvilinin (iqtidar partiyasının lideri) necə sovet nümunəsinə uyğun hökumət istədiyinin göstəricisi kimi qalacaq”.
Vano Maçavariani, ekspert
Görünür ki, “Gürcü arzusu” köhnə ssenari üzrə hərəkət edir, buna uyğun olaraq onların fikrincə, müxalifət destruktivdir, ölkənin düşmənidir və yalnız “Gürcü arzusu” vətənpərvərdir.
İrakli Kobaxidzenin xüsusi etibar doğurmayan bəyanatı ajiotaj yaratmağa hesablanıb, mən əminəm ki, buna ciddi yanaşan olmayacaq. Mən “Gürcü arzusuna” məsləhət görərdim ki, çox qeyri ciddi və dövlət üçün çox ziyanlı olan sui-qəsd nəzərriyələrindənsə – istər “inqilab qərargahı”, David Qareci (Azərbaycanla sərhəd mübahisəsinin predmeti olan qədim monastır), istərsə də başqa belə bir şey olsun – daha çox seçicilərin tələbatlarına diqqət cəmləsin.
Nodar Xarşiladze, ekspert
“İrakli Kobaxidze, yəqin ki, Gürcüstanda ən radikal bəyanatların müəllifidir. Bu faktdır. O, “Gürcü arzusunun” aparıcı fiqurlarından biridir, eyni zamanda o, çox vaxt müxtəlif tədqiqatlara irad bildirir və tənqid edir. Unutmayaq ki, məhz o, prezident seçkilərinin birinci turunun (2018) nəticələrini 15 faizlik yanlışla elan etmişdi. Buna görə də mən düşünmürəm ki, cənab İraklinin hər hansı etibar krediti var. Onun məntiqi də, yumşaq desəm, bütün istiqamətlərdə şübhəlidir”.