Gürcüstan: qarşıda yeni küçə etirazları var? Müxalifət seçki nəticələrini tanımır
Gürcüstanda müxalifət öz namizədlərinin demək olar ki,Ə bütün dairələrdə məğlub olduğu yerli özünüidarə orqanlarına keçirilən seçkilərin nəticələrini tanımır və tərəfdarlarını oktyabrın 31-də 19:00-da parlamentin qarşıısında toplaşmağa çağırıb. Orada müxalifət gələcək addımların planını elan etmək niyyətindədir.
“Mübarizə hələ başlayır”, – brifinqdə əsas müxalifət partiyası Vahid Milli Hərəkatın lideri Nika Melia brifinqdə bildirib.
Seçkilərin ikinci turu oktyabrın 30-da beş özünüidarə sistemi olan şəhərdə və 15 bələdiyyədə keçirilib. Eyni zamanda 24 majoritar dairədə yerli parlament (sakrebulo) deputatları seçilib.
“Gürcü arzusu” iqtidar partiyasının namizədləri Sameqrelo regionunda Tsalencix şəhərindən başqa – orada Milli Hərəkatın (eks-prezident Mixail Saakaşvili tərəfindən yaradılmış partiya) nümayəndəsi mer seçilib – hər yanda qaələbə qazanıblar.
Bununla yanaşı 2021-ci ilo oktyabrın 2-də baş tutan birinci turda “Gürcü arzusu” iqtidar partiyası səslərin 46, 69 faizini, Vahid Milli Hərəkat isə 30,7 faizini toplayıb.
İkinci turda bələdiyyələrin əksəriyyətində iqtidar partiyası çox cüzi – 1-2 faiz üstünlüklə qələbə qazanıb, bəzi yerlərdə isə fərq hətta bir faizdən də az olub.
Hakimiyyət namizədlərindən ən böyük üstünlüklə qələbə qazanan Tbilisinin hazırkı meri Kaxa Kaladze olub. O, müxalifətin namizədi Nika Melianı on faizdən çox üstünlüklə geridə qoyub.
Beş böyük şəhərdə mer seçkilərinin ikinci turunun nəticələri
Tbilisi
- Kaxa Kaladze (“Gürcü arzusu”) — 55,60%,
- Nika Melia (Milli Hərəkat) — 44,39%
Kutaisi
- İosebi Xaxaleişvili (“Gürcü arzusu”) — 51,64% (34925 səs)
- Xatiya Dekanoidze (Milli Hərəkat) — 48,36% (32703 səs)
Batumi
- Arçil Çikovani (“Gürcü arzusu”) — 51,01% (38236 səs)
- Georgi Kirtadze (Milli Hərəkat) — 48,98% (36 710 səs)
Rustavi
- Nino Lstsabidze (“Gürcü arzusu”) — 53,72% (27 301 səs).
- David Kirkitadze (Milli Hərəkat) — 46,28% (23 523 səs);
Poti
- Beka Vaçaradze (“Gürcü arzusu”) — 57,35% (11 345 səs).
- Qiqi Uqulava (Milli Hərəkat) — 42,65% (8437 səs)
Seçkilərin ikinci turunun keçirildiyi 42 majoritar dairədə müxalifətdən cəmi 14 deputat seçilib.
“Seçkilər saxtalaşdırılıb” – müxalifət etirazlara hazırlaşır
Mü2xalifət seçkiləri saxtalaşdırılmış adlandırılıb. Onların bildirdiyinə görə, hakimiyyət seçicilərə qarşıı rüşvət, təhdid və digər təzyiq formalarından istifadə edib.
Bunu müşahidəçilər də təsdiqləyir. Ədalətli Seçki və Demokratiya Naminə Beynəlxalq Cəmiyyət nüfuzlu ictimai təşkilatın icraçı direktoru Nino Dolidze bildirib ki, seçkilərin ikinci tuunda prosedur pozuntularından əlavə seçicilərin iradəsinə nəzarət müşahidə olunub.
“Bu və digər pozuntular seçkilərin nəticələrinə təsir edə bilərdi. Seçkilərin ikinci turu ölkənin demokratik inkişafı üçün itirilmiş imkandır”, – Dolidze brifinqdə deyib.
Müxalifət saxtalaşdırmaya qarı mübarizə aparacağını bildirib, amma bu mübarizənin nədən ibarət olacağı hələlik məlum deyil.
“Dünən döyüş bitmədi, dünən başladı. Bu, total zorakılıq fonunda keçirilən seçki idi. Amma bizim mübarizəmiz dinc etiraz aksiyaları olacaq”, – müxalifət lideri Nika Melia bildirib.
İkinci turdan əvvəl Vahid Milli Hərəkatla koalisiya yaradılması haqda bildirən partiyalar – “Zaman yetişib” və “Avropa Gürcüstanı” otyabrın 31-də qaxşam mitinqdə iştirak edəcəklərini təsdiqləyiblər. Amma küçə mitinqləri elan ediləcəyi halda müxalifətin birlikdə qalıb-qalmayacağı məlum deyil.