Gürcüstan prezidenti LGBT-pride haqda: hər kəsin marş hüququ var, zorakılıq yolverilməzdir
Gürcüstan prezidenti Salome Zurabişvili iyulun 5-ə planlaşdırılmış “Tbilisi prayd həftəsi”nin və “Ləyaqət marşı”nın keçirilməsi ilə əlaqədar bildirib ki, hər kəsin sözünü demək və öz fikrini ifadə etmək hüququ var.
Prezidentin sözlərinə görə, zorakılığın, təhdidin, təzyiqin və nifrətin bütün formaları Konstitusiyanın qarantı kimi onun üçün qəbuledilməzdir.
“Bu qəbuledilməzdir, çünki bu, insanların konstitusion haqlarının pozulmasıdır və Konstitusiyanın qarantı və müdafiəçisi kimi mənim üçün qəbuledilməzdir. Mən hesab edirəm ki, hər kəsin söz azadlığından istifadə etmək hüququ var. Bu, bizim kimliyimizin bir hissəsi olan, bizə xas dözümlülükdür. Bizim ölkəmiz bunun üzərində qurulub və sabah da bunun üzərində inkişaf edəcək.
Buna görə də mən hesab edirəm ki, hər kəsin danışmaq hüququ var, Tbilisi praydın iştirakçılarının isə öz fikrini ifadə etmək və hamının Konstisusiya və qanunlarla təsbit edilmiş normalara uyğun olan konstitusion hüququ olan haqları həyata keçirmək hüququ var. Bu, ölkəmiz və birliyimiz üçün çox vacibdir”, – Zurabişvili deyib.
Gürcüstanın xalq müdafiəçisi bu gün bəyanatla çıxış edib və səlahiyyətli orqanları və vəzifəli şəxsləri iştirakçıların təhlükəsizliyini, söz və toplaşma azadlığını qorumağa çağırıb.
Nino Lomcariyaın sözlərinə görə, yüksək vəzifəli məmurlar məsələnin siyasiləşdirilməsinə təkan verir və LGBT birliyinin hüquqlarının məhdudlaşdırılmasını birlik üzvlərinin müdafiəsinin zəmanəti kimi təqdim etməyə çalışır.
“Məzmunundan asılı olmayaraq insan haqlarının müdafiəsi ilə əlaqədar istənilən dinc etiraz və ya həmrəylik aktı Gürcüstan Konsttusiyası ilə müdafiə olunub və bu hüquqların təmin edilməsinı görə məsuliyyət hökumətin üzərinə düşür”, – ombudsmenin bəyanatında deyilir.
- “Evdən çıxandan sonra geri salamat qayıdıb-qayıtmayacağını heç vaxt bilmirsən”
- Nifrət içində həyat. Gürcüstanda LGBT və onların valideynləri
İyulun 1-də Tblisidə “Prayd həftəsi” açılacaq – sənədli filmlərin nümayişi və rok festivalı təşkil olunacaq. Həftənin kulminasiyası iyulun 5-də “Ləyaqət Marşı” olacaq – LGBT fəalları və onların tərəfdarları Tbilisinin mərkəzinə, Rustaveli prospektinə toplaşacaq və çarş keçirəcəklər.
“Tbilisi Pride” təşkilatının planları sağçı ekstremistlərin qəzəbinə səbəb olub. Biznesmen və ölkənin homofob və anti-LGBT hərəkatın əsas fiqurlarından biri olan “Eri” ultra-mühafizəkar hərəkatın yaradıcısı Levan Vasadze hökumətə ultimatum verib. İyunun 15-də o, marşın təxirə salınması və “əxlaqsızlığın təbliğini” qadağan edən qanunun qəbulu üçün “Gürcü arzusu”na 10 gün möhlət verib.
Vasadzenin tələbləri hakimiyyət tərəfindən yerinə yetirilməyib, amma iqtidar partiyasının nümayəndələri hesab edirlər ki, Tbilisi praydı “keçirməyə dəyməz”, çünki “müxtəlif qüvvələr təxribatlar hazırlamaq və stabilliyin pozulması üçün bundan istifadə edəcək”.
Gürcüstan Pravoslav Kilsəsi Patriarxlığı da bəyanat yayıb. Kilsə Avropa Parlamentinin deputatlarına və Gürcüstanda akkreditasiyadan keçmiş səfirlərə müraciət edərək onları Tbilisi praydı dəstəkləməkdən və həvəsləndirməkdən çəkinməyə çağırıb, çünki bu, Gürcüstanda “qərb dəyərlərinin gözdən düşməsinə” gətirib çıxaracaq.
Patriarxlıq həmçinin Gürcüstan hakimiyyətini “Prayd həftəsi”nin keçirilməsinə imkan verməməyə çağırıb.