Gürcüstan müxalifəti martda küçədə yaşamaq niyyətindədir: piket, mitinq, yürüş
Fevralın 26-da Tbilisidə izdihamlı etiraz aksiyasının sonunda Gürcüstanın birləşmiş müxalifəti 2021-ci ilin martına fəaliyyət planını elan edib. İki məqsədləri var: ən böyük müxalifət partiyası olan Vahid Milli Hərəkatın lider Nika Meliyanın və müxalif “Mtvari TV” telekanalının yaradıcılarında biri Giorgi Ruruanın azad edilməsi və növbədənkənar parlament seçkilərinin təyin edilməsi.
Proqrama daxildir:
- 2 mart — parlament qarşısında piket;
- 5 mart — hökuməti binası qarşısında piket;
- 9 mart — DİN binası qarşısında mitinq;
- 11 mart — Ali Məhkəmə qarşısında aksiya;
- 13 mart — parlament qarşısında genişmiqyaslı mitinq-yürüş.
“Azadlığa doğru yol çətindir və maneələrlə doludur, amma biz ədalətsizliklə barışmayacağıq”, – mitinqdə Vahid Milli Hərəkat partiyasının liderlərindən biri Xatiya Dekanoidze bildirib.
Əsas müxalifətçinin həbsi
Nika Meliya fevralın 23-də Vahid Milli Hərəkat Partiyasının qərargahında keçirilən xüsusi əməliyyat nəticəsində həbs edilib. Müxalifət liderlərindən birinin həbsi 2020-ci ilin oktyabrında keçirilən parlament seçkilərindən sonra ölkədə yaranan siyasi böhranı daha da dərinləşdirib. Müxalifət seçkilərin nəticələrini saxtalaşdırılmış hesab edir və legitim saymır.
Meliyanın həbsi dünya ictimaiyyətində böyük rezonans doğurub. Gürcüstanda işləyən beynəlxalq təşkilatların praktiki olaraq hamısı, o cümlədən də səfirlər və Qərb tərəfdaşları yekdilliklə bu həbsi qınayıb və demokratiya yolunda geriyə addım adlandırıblar. Onlar hökuməti və müxalifəti dialoqa səsləyiblər.
Hər iki tərəfin danışıqlar masasına oturmağa hazır olduğunu bildirməsinə baxmayaraq, bu, hələlik baş vermir. Dialoqa başlamazdan əvvəl müxalifət siyasi məhbusların azad edilməsini tələb edir.
Несмотря на то, что обе стороны выражают готовность сесть за стол переговоров, пока этого не происходит. Прежде чем начинать диалог, оппозиция требует освободить политзаключенных.




