Gürcüstan: lesbiyan cütlüyə hücum edən kişini məhkəmə girov müqabilində azad edib
Tbilisi məhkəməsi aprelin 23-də 3000 lari [1000 dollara yaxın] girov müqabilində azyaşlı uşaqlarının gözü qarşısında lesbiyan cütlüyə hücum etməkdə ittiham olunan kişini azad edib. Tbilisi Pride təşkilatının əməkdaşı olan zərərçəkənlərdən biri məhz bu faktın hücumu təhrik etdiyini bildirib və həmin şəxsin girov müqabilində azad edilməsini ədalətsiz qərar hesab edir.
Hücum aprelin 20-də cütlüyün yaşadığı çoxmərtəbəli binanın həyətində baş verib – təşkilatın Müşahidə Şurasının üzvü Nino Bolkvadze jurnalistlərə danışıb. Onun sözlərinə görə, qonşulardan biri, sərxoş olduğu ehtimal edilən 35 yaşlı kişi onları sözlü təhqir etməyə başlayıb, “bu evdən rədd olmağı” və “burada maşınlarını saxlamamağı” tələb edib.
Qadınlar təhlükəsizlik üçün uşağı maşında qoyublar, özləri isə çıxıblar. “Hücum edən şəxs onlara tüpürüb, homofob təhqirlərə davam edib, sonra isə cibindən qatlanan bıçaq çıxarıb, açıb və cütlüyü təhdid edib. Digər qonşular ona qışqırıblar ki, dayansın, amma heç kim qadınlara kömək etmək üçün müdaxilə etməyib”, – Tbilisi Pride təşkilatının bəyanatında deyilir.
Daha sonra qadınlar polis çağırıblar və hücum edən şəxs saxlanılıb. Ona qarşı 150-ci (hücum), 151-ci (təhdid) və 284-cü (kompüter sisteminə qanunsuz müdaxilə) maddələri ilə cinayət işi qaldırılıb.
“Bu cinayətdə nifrət motivinin görülməməsi görünməmiş ədalətsizlikdir. Adam uşağın gözü qarşısında bıçaqla təhdid edib və onu girov müqabilində qurbanlarının yaşadığı eyni yerdə yaşamağa buraxırlar”, – psixoloq Maya Tsiramua Facebook səhifəsində yazıb.
- “Evdən çıxandan sonra geri salamat qayıdıb-qayıtmayacağını heç vaxt bilmirsən”
- Nifrət içində həyat. Gürcüstanda LGBT və onların valideynləri
Gürcüstanın CRRC sosioloji şirkətinin son tədqiqatlarından biri müəyyən edib ki, Gürcüstanda LGBT nümayəndələrinə qarşı tolerantlığın çox aşağı səviyyədədir.
Respondentlərin 70 faizi homoseksuallarla heç bir münasibətdə olmaq istəmir – nə dost, nə qonşu, nə də həmkar qismində. Ancaq 22 faiz bu suala müsbət cavab verib.
Bu soruğu zamanı respondentlərdən qonşu qismində görmək istəmədikləri qrupları sadalamağı xahiş ediblər. Respondentlər narkomanlardan (67 faiz) və cinayətkarlardan (67 faiz) sonra özlərini LGBT nümayəndələrinə aid edənlərin adını çəkiblər, respondentlərin 54 faizi belə cavab verib.
Respondentlər arasında ən tolerantlar məhdud imkanlı insanlar olub – onların ancaq 1 faizi belə insanların qonşuluqda yaşamasını istəmədiyini bildirib.