Gürcüstan kilsəsinin yeparxiyası: din xadimlərinin vaksinasiyaya qarşı çağırışları yolverilməzdir
Gürcüstanda din xadimlərinin vaksinasiyaya qarşı çıxışları yolverilməzdir. Gürcüstan Pravoslav Kilsəsinin Poti və Xobi yeparxiyası din xadimlərinin yığıncağı mitropol Qriqol Berbiçaşvilinin sədrliyi ilə avqustun 30-da belə bəyanatla çıxış edib.
Yığıncaqda ölkədəki epidemioloji vəziyyət müzakirə olunub və xüsusi bəyanat səsləndirilib.
Din xadimlərinin sözlərinə görə, görüşdə COVID-19-a qarşı vaksinasiya ilə bağlı “miflər və şübhəli informasiya” müzakirə olunub. Yeparxiyanın fikrincə, bu cür dezinformasiya əsassız qorxuya və tibbə qarşı etimadsızlığa səbəb olur:
“Tibbin müasir nailiyyətlərinə etmadsızlıq haqda nəyanat bilik və inanc arasındakı ziddiyyətin əlamətidir. Bəşəriyyətin ruhani-intellektual irsi bu iki anlamın – inanc və biliyin yaxınlaşması və bir-birini qəbul etməsinə əsaslanır”.
“Həmçinin qeyd olunub ki, prinsipial önəmli məsələlər var ki, onlara dair cəmiyyətin böyük əksəriyyətində ümumi razılığın olması həyati əhəmiyyət daşıyır. Əks halda cəmiyyət müxtəlif maneələr qarşısında asanlıqla zəif vəziyyətə düşəcək”, – bəyanatda deyilir.
Gürcüstanın səhiyyə naziri Yekaterina Tikaradze Gürcüstan Pravoslav Kilsəsinin patriarxı ilə bu il martın 18-də görüşüb və onunla vaksinasiya məsələsini müzakirə edib. Gürcüstan Pravoslav Kilsəsinin vaksinasiya prosesində iştirak edəcəyinə dair ümidlər doğrulmayıb.
“Patriarxlığın mövqeyi vaksinasiyanın təbliğatında iştirak etməməkdir, amma orada vətəndaşlarımızın təhlükəsizliyinə əsaslanan istənilən ağıllı qərarı dəstəkləyərlər”, – o zaman səhiyyə naziri bildirmişdi.
Patriarxla görüşdən bir neə gün əvvəl Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze Sinoda və keşişlərə vaksinasiya məsələsində fəstək ricası ilə müraciət etmişdi.
Onun sözlərinə görə, insanlar çox vaxt din xadimlərinə həkimlərdən daha çox inanırlar, buna görə də onların bu prosesdə rolu xüsusilə vacibdir.
Qamkrelidzenin bəyanatına ancaq Müqəddəs Sinodun üzvü Müqəddəs Ananiya reaksiya vermişdi və vaksinasiyanın vacib olduğunu qeyd etmişdi. Hazırda ruhanilərin yanız kiçik hissəsi vaksinasiyanın vacibliyi8 haqda danışır. Məlum olduğuna görə, Sinod üzvlərindən ancaq yepiskoplar Melkisedek Xaçidze və Dmitri Şiolaşvili peyvənd vurdurublar.
Avqustun 11-də məlum olub ki, Gürcüstanın katolik keşişlərin, monaxların və dyakların əksəriyyəti koronavirusa qarşı vaksinasiyadan keçib. Avqustun 10-a olan məlumata əssən, Gürcüstanın 47 nəfər katolik din xadimindən 35 nəfəri ən azı peyvəndin birinci dozasını vurdurub.