Gürcüstan: iqtidar partiyası regionlarda seçkiləri udur, Tbilisidə isə uduzur
Gürcüstanda bələdiyyə seçkilərinin nəticələri
Gürcüstanın Mərkəzi Seçki Komissiyasının oktyabrın 3-də səhər dərc etdiyi ilkin nəticələrə əsasən, “Gürcü arzusu” iqtidar partiyası oktyabrın 2-də keçirilən yerli özünüidarə orqanlarına seçklərinin nəticələrinə görə, 48,56 faiz səs toplayıb və böyük fərqlə liderlik edir.
Bu, bülletenlərin təxminən 40 faizinin sayılmasından sonra əldə edilən nəticəsidir.
Müxalifət oktyabrın 2-də keçirilən səsverməni referendum adlandırıb. Bu seçkilərin əsas intriqası iqtidar komandasının 43 faiz səs toplaya bilib-bilməməsi idi. Əgər toplaya bilməsəydi, 2021-ci ilin yazında Avropa Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə hakimiyyət və müxalifət arasında imzalanan razılaşmaya müvafiq olaraq növbədənkənar parlament seçkiləri keçirilməli idi.
İqtidar partiyası seçkilərə üç ay qalmış birtərəfli şəkildə bu razılaşmadan çıxdı. Amma müxalifət yenə də seçkiləri re3ferendum adlandırırdı.
Ölkənin əsas müxalifət partiyası – Vahid Milli Hərəkat 32,32 faiz səs toplayıb.
Üçüncü yerdə 6,87 faiz səslə keçmiş baş nazir Giorgi Qaxariyanın “Gürcüstan naminə” partiyası gəlir.
Qapal partiyalar arasında səslər aşağıdakı kimi bölünüb:
“Qirçi – daha çox azadlıq, Zurab Caparidze” – 4,8 faiz;
“Lelo” – 2,6 faiz;
“Avropa Gürcüstanı” – 1,82 faiz;
“Gürcüstan Vətənpərvərlərinin Alyansı” – 1,42 faiz;
“Üçüncü qüvvə” – 1,27 faiz;
“Gürcüstanın Leyboristlər Partiyası” – 1,25 faiz;
“Qirçi” – 1,04 faiz;
“Vətəndaşlar” – 0,61 faiz;
“Xalq üçün” – 0,6 faiz.
- Gürcüstanda yerli özünüidarə orqanlarına seçkilər başlayıb
- Mixail Saakaşvili Tbilisidə saxlanılıb
- Gürcüstanda müxalifət fəalları yaralanıb. İqtidar partiyasından olan namizədin oğlu həbs edilib
Müxalifət regionlara nisbətən Tbilisidə daha çox səs toplayıb
Regionlardan fərqli olaraq, ölkənin siyasi mərkəzində – Tbilisidə “Gürcü arzusu”nun nəticələri çox aşağıdır.
MSK-nın ilikn məlumatına əsasən, iqtidar partiyası Tbilisidə “Mişel razılaşması” ilə müəyyən edilmiş 43 faizlik həddi aşa bilməyib.
İlkin nəticələrə görə, paytaxtda iqtidar partiyası 41 faiz, müxalifət isə 59 faizə yaxın səs toplayıb.
Mer seçkisi – Tbilisi, Rustavi, Kutaisi, Poti və Batumidə ikinci tur keçiriləcək
Merlərin seçilməsi üzrə nəticələrə əsasən, böyük ehtimalla bir çox şəhərlərdə ikinci tur keçiriləcək.
Beş şəhərdə – Tbilisi, Rustavi, Kutaisi, Poti və Batumidə göründüyü kimi seçkilərin ikinci turu keçiriləcək.
Onlardan üçündə Rustavi, Kutaisi və Batumidə ilkin məlumatlara görə, müxalif Vahid Milli Hərəkatın (eks-prezident Mixail Saakaşvilinin partiyası) namizədləri liderlik edir.
Tbilisidə hazırkı mer Kaxa Kaladze 45,5 faiz, Vahid Milli Hərəkatın namizədi Nika Meliya 34,13 faiz səs toplayıb.
Sameqrelo regionunda Zuqdidi şəhərində merliyə müxalifətin namizədi Anzor Meliya liderlik edir. O, hakimiyyətdən olan rəqibi Mamuka Tsotseriyanı demək olar ki, səkkiz faiz üstələyir.