Gürcüstan: ali təhsilli insanların 38 faizi işsizdir
Gürcüstanın “PMC Research” müstəqil konsaltinq qrupunun yeni tədqiqatına əsasən, 2017-2020-ci illərdə Gürcüstanda ali təhsilli insanlar arasında işsizlik kifayöət qədər yüksəkdir və 32-38 faiz arasında tərəddüd edir.
Ölkədə 2020-ci ilin sonunda işsizlik 18,5 faiz təşkil edib. Bundan başqa, NDI-ın eyni ildə keçirdiyi sorğuya əsasən, əhalinin 46 faizi üçün işsizlik ciddi problem olaraq qalır.
Həmçinin qeyd etmək lazımdır kiŞ 2017-2020-ci illərdə sorğu keçirildiyi dövrdə ali və peşə təhsilli insanların işsizlər arasında payının azalma tendensiyası vardı – 2017-2020-ci illərdə onların payı 6,4 faiz azalıb, orta və natamam orta təhsilli və məhdud imkanlı insanların isə işsizlər arasında payı artıb (doqquz və bir bal müvafiq olaraq).
Tədqiqatçılar işsizliyin belə yüksək səviyyəsini iki amillə izah edirlər: Gürcüstanın əmək bazarında yüksək peşə hazırlığı tələb edən iş yerləri yaradılır, o cümlədən də təhsil səviyyəsi yüksək peşə hazırlığının lazım olduğu həmin iş yerləri üçün bazarın tələblərinə uyğun gəlmir.
2020-ci ildə Şərq Tərəfdaşlığı ölkələri arasında Ermənistan və Gürcüstanda ən yüksək işsizlik səviyyəsi qeyd olunub – 20,2 və 18,5 faiz müvafiq olaraq. Bu göstəricilərin ardınca 9,5 faizlə Ukrayna gəlir.
Ən aşağı səviyyədə işsizlik Moldovada qeydə alınıb – 4,7 faiz. Belarus və Azərbaycanda isə bu göstərici müvafiq olaraq 5,2 və 6,2 faizdir.
COVID-19 pandemiyasına görə 2020-ci ildə işsizlik bütün Şərq Tərəfdaşlığı ölkələrində artıb, Moldovadan başqa, burada işsizlik 0,39 faiz azalıb.
Gürcüstanın Milli Statistika İdarəsinin məlumatına əsasən, ötən il iqtisadi eniş tarixi olub – 1994-cü ildən sonra Gürcüstanın iqtisadiyyatı ən çox 220-ci ildə azalıb – 6,1 faiz.
Azalmanın əsas səbəbi pandemiya və aylarla davam edən təcriddir.
Bundan başqa, Gürcüstanda əhalinin ümumi sayının 13,7 faizi sosial yardım alır, bu isə o deməkdir ki, hər yeddinci sakin kəskin yoxsulluq həddində yaşayır.
Pandemiya başlayandan bu cür insanların sayı 16 faiz yüksəlib və hazırda sosial yardım alanların sayı 510 343 nəfər təşkil edir.