“Future Shorts” Bakıda
“Future Shorts hər il keçirilən beynəlxalq qısametrajlı filmlər festivalıdır. Festival artıq 12-ci ildir ki keçirilir, 90 ölkə və 300 şəhər iştirak edir. Bakıda nümayiş YARAT mərkəzi tərəfindən təşkil olunub. Festival üç gün davam etdi və bu üç gündə zal ağzına qədər dolu idi.
Festival Azərbaycan tərəfindən müsabiqədən kənar təqdim olunmuş “İtirilmiş arzular qısametrajlı filmlə , filimin rejissoru həm də gənc musiqiçi və bəstəkar olan Çingiz Mustafayevdir. Əslində, filmin konsepsiyası orijanllığı ilə seçilmirdi, bu, itirilmiş sevginin əzabları haqqında sadə hekayədir.
Çox fərqli xronometrajı olan filmlər– 5 dəqiqədən 20 dəqiqəyə qədər, üslübları ilə də fərqlənirdi – avanqarddan tutmuş adı və hamıya çatımlı dildə olan əhvalatlar. Tədbirin ən böyün qüsuru subtitrlər oldu. İngilis dilində olan filmi Bakı tamaşaçısı anlayardı, amma digər, tamamilə tanış olmayam dillərdən ingilis dilinə dəhşətli tərcümə tamaşaçıları ancaq konteksdən söhbətin nədən getdiyini anlamağa məcbur etdi.
Festivalda cəmi 7 film təqdim olundu.
İsveç “Böyük şimal dağında filmində öz saam köklərindən imtina edən və özünü təmiz isveçli hesab edən 78 yaşlı Ellanın əhvalatını danışdı. Ellaya bacısının ölümü xəbəri gələndən sonra isə Ella özünün Kiçik Vətəninə – Laplandiyaya qayıtmalı olur.
Avstaliya “Sualtı Qreys cizgi filmini təqdim etdi. Öz uşaqlığını unutmuş Lu öz ögey qızı ilə dil tapmağa çalışarkən xatırlayır ki, özü də nə vaxtsa ünsiyyətcil olmayıb.
Böyük Britaniya iki film göstərdi – “Lights musiqi klipi və “Mənə qiymət ver – bu film, İnternet forum istifadəçilərinin özlərinin fahişə Koko ilə təcrübələrini təsvir edir, amma burada harada həqiqət, harada yalan olduğunu anlamaq mümkün deyil.
ABŞ-dan olan “Sənin bütün sevdiyin şoular cizgi filmi televiziya aludəçiliyinin uşaq psixikası üçün təhlükəli olduğunu göstərdi.
Fransız “Vətəndan Günü filmində bir qrup yeniyetmə “Vətəndaş Günündə arayış almaq üçün gəlir, burada isə onlara “özünü fransalı hesab etməyin necə vacib olduğunu başa salırlar. Amma hamı bununla razı deyil.
Festivalın qalibi isə Rumıniyadan olan “Ekskursiya filmi oldu. Bu, itən oğlan haqqında sadə və çatımlı bir filmdir. Uşaq video kamera oğurlayaraq, qarşısına keçən hər şeyi çəkir ki, sonra da yadplanetliləri Yer kürəsindəki həyatla tanış etsin. Süjetdəki gözlənilməz dönüş bu filmi şəksiz favorit etdi.