Nə koronavirus, nə karantin, nə maska, nə sosial məsafə - “Bakı qəsəbəsindən” fotolar
Maştağa Bakıdan bir saatlıq məsafədə yerləşən qəsəbədir. Nə koronavirus, nə karantin, nə karantin qaydalarına nəzarət edən polislər buraya gəlib çıxmayıb.
Bakıda mənzillərinə qapanan şəhər sakinlərinin darıxmaqdan bağırları yarıldığı halda, burada həyat öz axarı ilə davam edir – alver edənlər, balaca darısqal mağazalarda qonşularla söhbət və sairə. Bircə şey dəyişib – maştağalılar “şəhərdən” ayrı düşüb, Bakının bir neçə mərkəzi rayonunu adətən “şəhər” adlandırırlar.
Məsələn, bax, bu avtobusu Maştağanın çıxışında polislər yoxlayacaq – sərnişinlərdən evdən çıxmaq üçün lazım olan sms-icazəni göstərmələrini istəyəcəklər. Amma bu çıxışa qədər uzun yol var, odur ki, kifayət qədər məsafədə “sms-siz gəzmək” mümkündür.
Etika və təhlükəsizlik baxımından adını çəkmədiyimiz müxtəlif təbii məhsullar satan satıcı kölgədəki divanda mallarının yanında oturub. Bəzən eyni divanda özünəməxsus “klub” toplaşır – qonşular söhbətə gəlirlər. Təbii ki, maskasız və sosial məsafəni gözləmədən.
Qonşular və qohumlar arasındakı bu cür arxayın davranışlarına rəğmən maştağalılar müxtəlif qəsəbələrin bir-biri arasındakı təcrid məsələsinə çox həssas yanaşırlar.
Onlardan biri belə deyir: “Mən Nardarandakı qohumlarımın yanına getmirəm, qorxuram. Allah eləməmiş, bəlkə onların qəsəbəsində kimsə xəstələndi, hətta məndən yoluxmasa da, sonra yenə də məni günahlandıracaqlar”.
Taxta yeşiklər adətən malları düzmək üçün piştaxta kimi istifadə olunur.
Satıcılardan biri deyir ki, regionlardan tərəvəz gətirənlər azalıb, satmaq üçün mal tapmaq çətindir. Alanlar da az alır – qəsəbədə çoxları işsiz qalıb.