Ermənistanla sərhəddə azərbaycanlı əsgər həlak olub
Paylaşmaq
Paylaşmaq
Azərbaycan Dövlət Sərhəd Xidmətinin əsgəri Eltun Qarayev sərhədin şimal istiqamətində Ermənistan hərbi mövqeləri tərəfindən açılmış atəş nəticəsində öldürülüb. Bu barədə Xarici İşlər Nazirliyi məlumat verib.
Bu, son ay ərzində artıq üçüncü analoji haldır.
Ermənistan tərəfi baş vermiş hadisəni hələlik heç cür şərh etməyib. Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi istefası barədə məlumat verib və hələlik onu kimin əvəzləyəcəyi aydın deyil.