Ermənistanın müdafiə naziri Rusiya bazası və 2016-cı il “aprel müharibəsi” haqda
Ermənistanın müdafiə naziri parlamentin müdafiə və təhlükəsizlik komissiyasının mediaya qapalı olan iclasından sonra bir neçə mühüm bəyanat səsləndirib. Bəyanatlar aşağıdakılarla bağlıdır:
• müxtəlif ölkələrdən ən yeni silahların alınması,
• Gümridə yerləşən 102 saylı Rusiya hərbi bazası,
• 2016-cı ilin aprelindəki “dörd günlük müharibə”.
Jurnalistlərin suallarına bütün müddəlar üzrə verdiyi cavabların bütün təfərrüatlarını təqdim edirik.
• Qarabağda “aprel müharibəsindən” üç il keçir. Nə dəyişib? Bakı və Yerevandan ekspertlər
“Aprel müharibəsi zamanı Ermənistan tərəfinin nöqsanları vardı”
2016-cı ilin aprelində Azərbaycan-Qarabağ təmas xəttində “dörd günlük müharibə” adını almış gərginliyin eskalasiyası zamanı David Tonoyan müdafiə nazirinin müavini vəzifəsini tuturdu.
O, bəyan edib ki, həmn günlərdə “Ermənistan tərəfinin nöqsanları olub”, o bunları bilir və hazırda baş verənləri araşdırmağa çalışan parlament komissiyasına ifadə verməyə hazırdır. Amma hələlik komissiya onu ifadə vermək üçün dəvət etməyib.
İstintaq komissiyası təxminən yarım il əvvəl baş nazirin təşəbbüsü ilə yaradılıb. Hökumət başçısı o zaman bildirmişdi ki, 2016-cı il aprelin 2-dən 5-ə qədər Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş verən hərbi əməliyyatlar şəraitinin aydınlaşdırılması zamanı yetişib. Bu, 1994-cü ildə atəşkəs haqda saziş bağlanandan sonra yaşanan ən irimiqyaslı və qanlı gərginlikdir. Rəsmi məlumata əsasən, həmin dörd gün ərzində hər iki tərəfdən 200 nəfərdən çox insan itkisi olub.
Ölkədə Silahlı Qüvvələrinin komandanlıq tərkibinin nə dərəcədə effektiv davrandığı, ordunun lazımi silah və sursatla təmin olunub-olunmadığı haqda suallar insanları düşündürür. Müdafiə naziri bildirib ki, o, özü komissiya qarşısında qoyulan sualların cavabını bilir, amma komissiyanın işinin müsbət nəticəsini gözləyir, bundan sonra həmmin informasiya bütün cəmiyyətə açıq olacaq:
“Cəmiyyətdəki aprel müharibəsi ilə bağlı bütün tərəddüdlər dağılacaq. Mənim üçün aydındır ki, aprel müharibəsi zamanı rəqib tərəfindən sui-qəsd əməlləri olmuşdu. Ermənistan tərəfindən nöqsanlar olmuşdu, biz bunları bilirik və bunları analiz etmişik. Müdafiə Nazirliyi sarıdan bizə aydındır ki, nə və necə baş verib”.
• Ermənistan Rusiyadan dörd yeni qırıcı təyyarə alıb
Ermənistan yeni silah əldə edir
Nazirin sözərinə görə, Ermənistan yalnız yeni və modernləşdirilmiş silahla alır və 2020-ci ildə də almağa davam edəcək.
Bu mövzu Moskva və Yerevan dörd çoxfunksiyalı Su-30SM qırıcılarının buraxılması haqda razılığa gəldikləri bəlli olandan qalxıb. Məsələ burasındadır ki, on il ərzində ilk dəfə erməni HHQ istifadə olunmuş yox, yeni aviatexnika alır.
“Təyyarələr Ermənistana bu ilin dekabrında, ya da 2020-ci ilin yanvar-fevral aylarında gələcək. Onlar müqavilədə qeyd olunmuş müddətdə gələcək”, – Tonoyan qeyd edib.
Müdafiə qurumunun rəhbəri onu da qeyd edib ki, yeni silahlar yalnız Rusiyadan yox, müxtəlif ölkələrdən əldə edilir və bu, əvvəl də belə olub:
“Dörd ölkəni nəzərdə tutun”.
Yeri gəlmişkən, Rusiya təyyarələri ixrac qiymətləri ilə yox, daxili qiymətlə satıb. Nazir təsdiqləyib ki, Rusiyadan yeni silahların güzəştli müdafiə krediti ilə təchizatı əvvəlcədən müəyyən edilmiş plan üzrə davam edir.
Bununla yanaşı məlumdur ki, 2020-ci ildə Ermənistanın hərbi xərcləri ötən illə müqayisədə 25,3 faiz artıb. Bu haqda parlamentin büdcə dinləmələrində baş nazir şəxsən bildirib. O, bildirib ki, bu, korrupsiya ilə effektiv mübarizə və oğurlanmış vəsaitlərin ölkə büdcəsinə geri qaytarılması sayəsində mümkün olub.
Rusiya bazası haqda: “bazanın ərazisinin genişləndirilməsi yoxdur”
Müdafiə nazirinin sözlərinə görə, Rusiya hərbi bazası ən yeni silahlar əldə edir, texniki vasitələrlə və hərbçilərlə təchiz olunur.
“Həmçinin hərbçilərin məişət şəraitləri də yaxşılaşdırılır”, – Tonoyan qeyd edib.
Bununla yanaşı nazir Rusiya bazasının ərazsinin genişləndirilməsi və bazaya yeni torpaq sahələrinin verilməsi haqda informasiyanı təkzib edib:
“Bazanın ırazisinin genişlənməsi yoxdur, olmayacaq da. Razılaşmalara əsasən, əgər bazanın hansısa ərazisi istifadə olunmursa, Ermənistan Müdafiə Nazirliyinə, ya da əksinə, bazanın istifadəsinə qaytarılır. Amma bütün bu ərazi Ermənistanın yurisdiksiyasındadır və belə də qalacaq, sadəcə istifadəyə verilir”.
Bazanın ərazisinin genişləndirilməsi ilə bağlı şayiələr Rusiya müdafiə naziri Sergey Şoyqunun oktyabrın 290da Ermənistana gəlişi ilə bağlı olub. Rusiya müdafiə nazirinin müavini Timur İvanov nazirin rəsmi səfəri ərəfəsində Şoyquya bildirib ki, 2020-ci ildə Ermənistandakı hərbi bazanın ərazisində çoxfunksiyalı asudə vaxt keçirmək üçün mədəniyyət mərkəzi yaradılacaq. 2021-ci ildə isə xüsusi idman kompleksi də inşa ediləcək.