Ermənistanın baş nazirinin sosial şəbəkədə yazısı – vətəndaş müharibəsinə çağırış?
Gecə Ermənistanın baş naziri Facebook-dakı səhifəsində ölkədə səs-küy və heyrət doğuran status dərc edib:
“Mən bu gün ön cəbhədəki əsgərlərin onlarla videosunu izlədim. Mən bu oğlanların bəsirətinə heyran olmuşam. Uşaqlar, siz haqlısınız. Sizi Yerevanda gözləyirəm. Divarların altında zingildəyən problemlərin sonədək çözülməsi üçün. Sizinlə fərxr edirəm”.
Çoxları Nikol Paşinyanın bu yazısını vətəndaş müharibəsinə çağırış kimi qəbul edib, belə ki ön cəbhədəki əsgərlər əllərində silah qayıdacaqlar. Bununla yanaşı, baş nazirin əsgərlərin bəsirətindən danışarkən nəyi nəzərdə tutduğu anlaşılmazdır.
Ermənistanın ombudsmeni ölkənin onsuz da ağır günlər keçirdiyi bu dönəmdə həmçinin Paşinyanın çağırışını qınayıb. Vəziyyət Qarabağda hərbi əməliyyatların dayandırılması barədə üçtərəfli bəyanata qol çəkildikdən sonra ağırlaşıb. Minlərlə insan və müxalifət hesab edir ki, bu sənəd Qarabağın könüllü şəkildə Azərbaycana verilməsidir, onlar buna qarşı etiraz aksiyası keçirirlər.
“Faktiki olaraq, bu, vətəndaş qarşıdurmasına çağırışdır. Bu yazı son günlər müntəzəm olaraq yayılan videoların, – həmin videolarda hərbi geyimdə, əli silahlı adamlar nifrətlə zorakılığa və qisas almağa çağırır, – fonunda xüsusilə qəbahətlidir”, – ombudsmenin bəyanatında deyilir.
Arman Tatoyan, bununla yanaşı, mümkün toqquşmanın qarşısını almaq üçün insanları təmkinli olmağa, hüquq-mühafizə orqanlarını isə ciddi şəkildə qanuna uyğun hərəkət etməyə çağırır.
Prezident Armen Sarqsyan həmçinin təmkinli olmağa çağırıb.
“Mənim addımım” hakim blokunun bir neçə deputatı baş nazirin yazısından sonra mandatlarını qoymaq qrarına gəlib.
Baş nazir səhər Facebook-da daha bir status dərc edib. O həmin statusda bütün izahlarını 12 nəşriyyata müsahibəsi zamanı səsləndirəcəyini qeyd edib. Müsahibənin 10.30-da baş tutacağı gözlənilir.