Ermənistanın baş naziri Azərbaycanda saxlanılan əsirlərin əvəzinə oğlunu verməyə hazırdır
Ermənistanın baş nazir əvəzi Nikol Paşinyan bildirib ki, ikinci Qarabağ müharibəsindən sonra hələ də Azərbaycanda saxlanılan bütün əsirlərin əvəzinə yeganə oğlunu verməyə hazırdır. Bəyanat seçkiqabağı kampaniyanın ikinci günündə seçicilərlə görüş zamanı səslənib.
Ermənistanda iyunun 20-ə növbədənkənar parlament seçkiləri təyin olunub. Hakimiyyət və müxalifət Qarabağ müharibəsindən sonra yaranan siyasi böhranı ancaq seçkilərin çözə biləcəyi fikrində uzlaşıb. Ermənistan tərəfinin məğlubiyyətindən sonra müxalifət baş nazirin istefasını tələb edib. Nikol Paşinyan isə bildirib ki, ümumxalq səsverməsi nəticəsində seçilib və sadəcə müxalifət tərəfdarlarının tələbi ilə getməyəcək.
Baş nazirin oğlu atasını dəstəkləyib və bildirib ki, erməni əsirlərin qaytarılması şərtilə Azərbaycana getməyə hazırdır.
Erməni əsirlərin Azərbaycandan geri qaytarılması seçkiqabağı marafonda iştirak edən bütün siyasi partiyaların seçicilərlə əsas müzakirə mövzusuna çevrilib. Bununla əlaqədar olaraq Ermənistanın insan haqları müdafiəçisi Arman Tatoyan bildirib ki, “seçkiqabağı kampaniya zamanı Azərbaycanda qanunsuz saxlanılan əsirlər məsələsi ilə spekulyasiya yolverilməzdir”, üstəlik söhbət “başqa insanlarla dəyişməkdən və buna hazır olmaqdan” söhbət gedirsə.
Paşinyan niyə belə bəyanatla çıxış edib, ombudsmen nədən narazıdır və bütün bunlar haqda sosial şəbəkələrdə nələr yazırlar – bütün təfərrüatlar.
- Ermənistanda seçkiqabağı ifşalar: eks-prezident qalmaqallı səs-yazısı yayıb
- Azərbaycan-Ermənistan sərhədində Ermənistan hərbçisi saxlanılıb, amma sonra geri qaytarılıb
- Superaktivlik və ilk pozuntular: Ermənistanda seçkiqabağı kampaniya başlayıb
Baş nazirin bəyanatı – eks-prezidentə cavab
Baş nazirin oğlunu əsirlərlə dəyişmək təklifi ilə bağlı hadisələr silsiləsi seçkiqabağı kampaniyanın ilk günündə başlayıb – Paşinyanla Ermənistanın keçmiş prezidenti Serj Sarqsyan arasındakı qiyabi dialoq formasında. Hər iki siyasətçi müxtəlif regionlarda seçicilərlə görüşüb.
Armavir vilayətinin sakinləri qarşısında çıxış edən Nikol Paşinyan bildirib ki, “erməni əsirlər Bakı həbsxanalarında qalmaqla, mahiyyətcə Ermənistanın müstəqilliyi uğrunda mübarizə aparırlar”. Buna görə də, onun fikrincə, bu insanlar bir-iki ay da əsir qalmalarını ona bağışlayacaqlar, amma hakimiyyət onların azadlığı uğrunda ölkənin müstəqilliyindən geri çəkilsə, bunu bağışlamazlar.
Onun bu bəyanatına keçmiş prezident Serj Sarqsyan Aştarak şəhərində seçicilərlə görüşü zamanı cavab verib:
“Əsirlər haqda necə belə danışmaq olar, onların başına hər şey gələ biləcəyi halda? İnsanlar hər gün gözləyirlər ki, onların başına nəsə dəhşətl bir şey gətiriləcək, işgəncə veriləcək, zorlayacaq, ya da öldürəcəklər. Paşinyan ümumiyyətlə bu insanların necə vəziyyətdə olduğunu başa düşür?! Qoy öz Aşotikini [Aşot – Nikol Paşinyanın oğlu] Azərbaycanda saxlanılan 20-25 əsgərə dəyişsin”.
Paşinyan Sarqsyanın bu bəyanatına cavab verib:
“Mən razıyam. Əliyevə rəsmən bildirirləm: öz oğlumu bütün əsirlərin əvəzinə təklif edirəm. Serjik [Serj Sarqsyan] və Robikə [Robert Koçaryan] isə peşəkar insan alverçisi kimi bu məsələ ilə bağlı danışıqlar aparmaq səlahiyyəti verirəm. Əgər bunda bir neçə min dollar qazana bilsəz, düşünürəm ki, yemliyinizə mane olmaz”.
Daha sonra onun oğlu Aşot Paşinyan Facebook-da “əsir və ya başqa statusda saxlanılan erməni əsirlərin qaytarılması şərtilə” Azərbaycana getmək hazır olduğunu yazıb.
O həmçinin qeyd edib ki, bəzi siyasi qüvvələr bu mövzuda spekulyasiya edir, amma vətənə xidmət “şəxsi mən”dən daha önəmlidir.
Məsələ növbəti gün Paşinyanın Şirak vilayətinin Mets Mantaş kəndində sakinlərlə görüşündə də davam edib. Burada o bildirib ki, oğlunu erməni əsirlərlə dəyişmək təklifini Azərbaycana rəsmən tədqim etmək göstərişi verib.
Paşinyan həmçinin bildirib ki, “əsirlərin vətənə qaytarılması üçün intensiv iş gedir”, amma prosesə mane olmamaq üçün təfərrüatları açıqlamayıb.
Ombudsmenin reaksiyası
Hərbi əsirlər mövzusu cəmiyyət üçün çox ağrılı olduğuna və seçkiqabağı kampaniyada iştirak edən bütün siyasətçilər tərəfindən mütəmadi müzakirə edildiyinə görə, Arman Tatoyan bildirib ki, bu mövsu ilə “spekulyasiya”, xüsusən də əsirlərin başqa insanlarla dəyişdirilməsi haqda deyilənlər yolverilməzdir:
“Aydındır ki, belə bir şey ola bilməz, spekulyasiyalar isə ölkədə gərginliyi daha da artırır və əsirlərin qaytarılmasını çətinləşdirir: bununla da Azərbaycan hakimiyyəti üçün “qaytarmaq” dəyəri sadəcə yüksəlir. Həm də əlbəttə ki, bu, əsirlərə və onların ailə üzvlərinə, onların hisslərinə qarşı aşkar hörmətsizlikdir”.
İnsan haqları müdafiəçisi bu məsələ ilə bağlı spekulyasiyaya son qoymağa çağırıb.
Sosial şəbəkələrdə nə yazırlar?
Sosial şəbəkələrin Ermənistan seqmentinin istifadəçiləri seçkiqabağı marafonu və Nikol Paşinyanın oğlunu əsirlərlə dəyişmək təklifini fəal şəkildə müzakirə edirlər.
Bəzi şərhləri təqdim edirik:
“Seçkiqabağı kampaniya zamanı bütün namizədlər tərəfindən istənilən manipulyasiyanın qarşısı alınmalıdır. O cümlədən də qeyri-normativ leksika, təhdid, iştişaşlara çağırışın. Ümid edirəm ki, Ermənistanın Cinayət Məcəlləsində maddə tapılar!”
“Zibillər öldürülmüş əzabkeşlərin sümükləri üzərində sirk qurur və doşmalarının, yaxınlarının hissləri ilə oynayırlar. Əsirləri saxlayırlar ki, özləri üçün siyasi divident qazansınlar. Əlbəttə ki, onların dividentləri bizim itkilərimizdir (suverenlik, torpaq)”.
“Bu, tamam biabırçı vəziyyətdir. Fərqi yoxdur, hərbi əsirlər mövzusundan hansı siyasi qüvvə istifadə edir. Bu, eyni dərəcədə iyrəncdir. Hakimiyyət daimi deyil, insana və onun ailəsinə isə illərlə tüpürəcəklər”.
“Paşinyan, sən əsirlərin əvəzinə oğlunu verəcəksən? Bəs sən onu orada həmişəlik qoymağa hazırsan? Yoxsa bu, sənnin üçün daha bir güclü stimul olacaq hər şeyi və hər cür təhvil vermək üçün? Formul sadədir. Əsirləri qaytarıram! Oğlumu verirəm! Seçkiləri qazanıram! Torpaqları verirəm! Oğlumu qaytarıram! Məntiq budur, amma əslində bu, imbesillər üçün nəzərdə tutulmuş növbəti azğın boşboğazlıqdır”.