Ermənistanda vergidən yayınma ilə bağlı cinayət işi qaldırılıb, orada oliqarxların adları hallanır
Ermənistanın Dövlət Gəlirləri Komitəsi (DGK) vergidən yayınan qaz doldurma stansiyalarının siyahısını dərc edib. Ümumilikdə səkkiz şirkət vergidən yayınıb. Onların arasında “Çiçəklənən Ermənistan” Partiyasının lideri, Ermənistan Milli Məclisinin deputatı, oliqarx Qaqik Tsarukyana məxsus qaz doldurma stansiyaları da var. Ermənistan Parlamentinin keçmiş deputatı Mqer Sedrakyanın şirkəti və “Qazprom-Ermənistan”a məxsus “Avtoqaz” şirkəti də vergi ödəməyib.
Ümumilikdə bu şirkətlər dövlət büdcəsindən 946 milyon dram (2 milyon dollara yaxın) həcmində vəsaiti yayındırıb.
Bütün şirkətlərə qarşı cinayət işi qaldırılıb. Amma onlar dövlətə dəyən ziyanı bərpa etsələr, cinayət işləri bağlanacaq:
“Beynəlxalq praktikada qəbul olunmuş çox vacib bir şey var. Cəmiyyətdə iqtisadi cinayətlərin dekriminallaşması tələb olunur. Mən hesab edirəm ki, təsərrüfat aparan subyekytləri mühakimə etmək, həbsxaanaya salmaq və onlara təsərrüfatn fəaliyyətilə məşğul olmağı qadağan etmək lazım deyil. Çünki nəticədə biz potensial vergi ödəyicisini itiririk. Vergi ödəyicisinin davranışını dəyərləndirmək və onu doğru yola yönəltmək lazımdır”, – DGK rəhbəri David Ananyan bildirib.
Daha əvvəl baş nazir Nikol Paşinyan bəyan edib ki, cəmi il yarım ərzində büdcəyə qaytarılmalı olan 42 milyon dollara yaxın vergidən yayınma halı aşkarlanıb, bunun 800 milyon dramı [,6 milyon dollar] artıq büdcəyə qaytarılıb.
DGK sədri bu gün bəyan edib ki, bu məbləğ ildən ilə artır:
“Bu gün artıq 1,5 milyard drama [3,1 milyon dollar] çatıb. Bu, fasiləsiz prosesdir, çünki yeni cinayət işləri açılır”.