Ermənistanda narkomanların sayı çoxalıb. Ermənistan Səhiyyə Nazirliyinin baş narkoloqu, Narkoloji Dispanserin baş direktoru Petros Semercyan aşağıdakı göstəriciləri təqdim edib:
2016-cı ildə Ermənistanda 6010 narkoman rəsmi qeydiyyatdan keçmişdi;
2017-ci ildə 6544 narkoman qeydiyyatdan keçib.
“Qeyd etmək lazımdır ki, bu, yalnız rəsmi rəqəmlərdir, qeyri-rəsmi göstəricilərə görə isə Ermənistanda ən azı bir dəfə narkotik istifadə edənlərin sayı 30 min nəfərə çatır. Bu insanlar da narkotik aludəçisi hesab olunur”, – Petros Semercan deyir.
Onun sözlərinə görə, ölkədə narkotik asılılığı göstəricisi artır, üstəlik bu vəziyyət yalnız Ermənistanda yox, bütün dünyada müşahidə olunur.
Ermənistanda narkotik aludəçilərinin əksəriyyəti marixuana (nəşə) istifadə edir.
2017-ci ildə qeydiyyatdan gkeçənlər:
4064 nəfər marixuana istifadəçisi;
2476 nəfər tiryək istifadəçisi;
üç nəfər kokain istifadəçisi.
Narkotik aludəçilərinin üçdə biri 19-27 yaş arasındadır, 16-17 yaşlılar tək-təkdir.
Bundan başqa Ermənistanda narkomaniya əsasən kişilər arasında yayılıb. 2016-cı ildə narkotik asılılığı olan qadınların sayı 95 nəfər, 2017-ci ildə isə 105 nəfər olub.