Ermənistanda müəllimlərin maaşı artırılacaq
Фото: Lüsi Sarqsyan, JAMnews
Ermənistanda müəllimlərin əməkhaqqının artırılması məsələsi müzakirə olunur.
Hazırda müxtəlif məktəblərin müəllimləri eyni həcmdə işi gördükləri halda müxtəlif əməkhaqqı alır. Bu, sinifdəki uşaqların sayından asılıdır: şagirdlərin sayı nə qədər çoxdursa, əməkhaqqı da bir o qədər yüksəkdir. Nəticədə sakinləri, müvafiq olaraq şagirdləri az olan şəhər və kəndlərin müəllimləri az maaş alır.
Ermənistanın təhsil və elm naziri Levon Mkrtçyanın sözlərinə görə, respublika məktəblərinin 30 faizində elə siniflər var ki, orada cəmi 10 şagird təhsil alır. Hazırkı məqamda Maliyyə Nazirliyi ilə müəllimlərin əməkhaqqının 110 min dram (230 dollar) həcmində təyin olunması məsələsi müzakirə edilir.
“Bir oklad 110 min dram təşkil edəcək. Yükdən asılı olaraq əlavə məbləğ hesablanacaq. Amma 110 min dramdan az maaş alan müəllim olmayacaq”, – nazir deyib.
Hazırda orta həcmdə olan siniflərdə çalışan müəllimlər 95 min dram (200 dollar) məvacib alır.