Dilican şəhərində Ermənistan-Gürcüstan gənc musiqiçilərinin festivalı başa çatıb. Festivalda Ermənistan və Gürcüstandan olan bəstəkarlar və ifaçılar, Yerevan və Gürcüstan konservatoriyalarının, həmçinin digər təhsil müəssisələrinin tələbələri iştirak ediblər. Festivalda iştirak etməkdən savayı onlar həm solo, həm də birgə konsertlərlə çıxış ediblər.
Ermənistanın Bəstəkarlar İttifaqının sədri Aram Satyan gənc musiqiçiləri incəsənətin birləşdiriyi haqda böyük sevinc hissi ilə danışıb: “İki ölkədən olan gənclər yaxınlaşırlar, birlikdə musiqi əsərləri ifa edirlər… Mənə elə gəlir ki, belə festivallar mütəmadi olaraq keçirilməlidir”.
Ermənistanın mədəniyyət naziri Armen Amiryan festivalın məqsədləri və erməni-gürcü mədəni əlaqələrinin perspektivi haqda danışıb.
“Gənclər gələcəyin körpülərini inşa etməli olanlardır, məhz onlar yeni erməni-gürcü münasibətlərini quracaqlar. Bizlərə isə məlumdur ki, incəsənət insanların qəlbinə və ruhuna aparan ən qısa yoldur. Hesab edirəm ki, ongünlük birgə yaradıcı düşərgə onların sadəcə dostlaşmasına deyil, həm də yeni müştərək təşəbbüslərin, yeni ideyaların müəllifləri olmalarına təkan verəcək.
Qarşıda bizi Gümri – Axalkalaki – Tbilisi – Yerevanda baş tutacaq Ermənistan-Gürcüstan gənc kino xadimlərinin forumu gözləyir. Həm kino, həm musiqi və incəsənətin digər istiqamətləri bizim iki xalqımız arasında ünsiyyət meydançası olmalıdır”, – nazir qeyd edib.