“Rusiya ilə məsləhətləşmələr başlayıb” – Ermənistanın baş nazirinin müşaviri müttəfiqin hərbi dəstəyi haqda
Ermənistanın baş nazirinin hərbi yardım üzrə məsləhətləşmələrə başlanması xahişi ilə Rusiya prezidentinə yazdığı məktub oktyabrın 31-dən – bu haqda məlum olan ilk andan Ermənistan medaasında və sosial şəbəkələrində müzakirə olunur.
Nikol Paşinyan hərbi əməliyyatların Ermənistan sərhədinə yaxınlaşması ilə əlaqədar olaraq Putinə müraciət edib. Rusiya XİN cavab verib ki, 1997- il müttəfiqlik sazişinə müvafiq olaraq, döyüşlərin Ermənistan ərazisində gedəcəyi təqdirdə Rusiya kömək edəcək.
Bu, Ermənistan cəmiyyətində suallar doğurub – yardım gecikməyəcəkmi, Rusiya beləliklə öz öhdəliklərini yerinə yetriməkdən imtina etmirmi?
Nəhayət, Ermənistanın baş nazirinin baş müşaviri, keçmiş müdafiə naziri, general-leytenant Vaqarşak Harutyunyan “Aykakan jamanak” nə.rinə müsahibəsində bildirib ki, artıq başlamış məsləhətləşmələrin nəticələrinə əsasən, Rusiyanın müdaxiləsinin həcmi, növü və gərəkliliyi müəyyən ediləcək.
•Müharibəni dayandırmaq tələbi ilə aksiya, opera səhnəsində maskalayıcı tor: Yerevandan video
•Qarabağ münaqişəsinə kənar nəzər. Geri çəkilmədən güzəştə getmək: Ermənistan güzəşt şansını ötürdü
Rusiyanı yardımının vacibliyi
Baş nazirin müşaviri hesab edir ki, strateji tərəfdaş və müttəfiqə yardım üçün müraciət etmək Ermənistanın hüququdur:
“Mən sual verirəm: əgər Türkiyə Azərbaycanla birlikdə, digər dövlətlər, beynəlxalq terrorçular bizə qarşı döyüşürsə, məgər bizim üzvü olduğumuz struktura müraciət etməli olduğumuz təbii deyilmi?”
KTMT hərbi bloku haqa
Vaqarşak Harutyunyan Ermənistanın niyə üzvü olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına yox, birbaşa Rusiyaya müraciət etdiyini anladıb. İş orasındadır ki, Rusiyanın liderliyi altında fəaliyyət göstərən bu hərbi blokda Qafqaz regionu üzrə qərarlar yekunda məhz Ermənistan-Rusiya qruplaşması tərəfindən həyata keçirilməlidir:
“Buna görə də biz birbaşa Rusiyaya müraciət etdik, hansının ki, KTMT ilə eyni öhdəlikləri var. Ermənistanın baş naziri deyib ki, biz KTMT tərkibində də təhlükəsizliyimizin təmin edilməsi üçün bütün tədbirləri görəcəyik. Odur ki, biri digərini istisna etmir”.
Artıq nə baş verir?
Harutyunyanın sözlərinə görə, Rusiya artıq müdaxilə edib. Rusiya ordusu Ermənistan və Qarabağ arasında Laçın dəhlizinin yaxınlığında Ermənistanın Yerasx kəndində yerləşib:
“Başqa sözlə, bu razılaşma artıq qüvvədədir. Hazırda razılaşmaya müvafiq olaraq, məsləhətləşmələr aparılacaq, müdaxilənin həcmi, forması və vacibliyi müzakirə ediləcək. Elə deyil ki, Rusiya tərəfi hələ indi hərəkətə başlamalıdır, o, artıq addımlar atıb”.
Türkiyə amili haqda
Vaqarşak Harutyunyan hesab edir ki, Azərbaycanın və Türkiyənin Ermənistanın cənub sərhədinə – Meğri və Kəlbəcərə çatmaq, Qarabağı bloklamaq məqsədi var:
“Bu, ilk növbədə Türkiyənin Osmanlı imperiyasının bərpası kimi uzaq hədəfləri olan müharibəsidir. Naxçıvan və Azərbaycan arasında qquru əlaqəsini təmin etmək Türkiyə ideologiyasını həyata keçirməyin yeganə vasitəsidir. Mən bu haqda artıq 20 ildir ki, danışıram. Bu proqram olub, var və olacaq”.
Niyə müharibə davam edir?
Baş nazirin müşaviri Rusiyanın və digər həmsədrlərin niyə müharibəni dayandıra bilmədiyinə dair suala cavab verib:
“Səbəb birdir. Müharibə telefon zəngləri ilə yox, əməllərlə bitir – ilk növbədə döyüş meydanında. Biz güclü olmalıyıq, biz uzun müddətli müharibəyə hazır olmalıyıq”.