Ermənistan xarici işlər nazirinin müavini: “İsrail Ermənistana da silah satmağa hazırdır.“
“İsrail hamıya, o cümlədən Ermənistana da silah satmağa hazırdır.” Bu sözləri Ermənistanın xarici işlər nazirinin müavini Şavarş Köçəryan jurnalistlərlə görüşdə deyib.
“İsrail istənilən ölkəyə, o cümlədən Ermənistana hər zaman silah satmağa hazırdır.” Bəs Ermənistan İsrail silahlarını satın alacaqmı, Köçəryanın sözlərinə görə, “bu qiymət təklifi və digər məsələlərdən asılıdır.”
Xarici işlər nazirinin müavini onu da bildirib ki, İsrail silahları Ermənistana qərəzlə satmır.
Jurnalistlərin Ermənistanın nə vaxtsa İsraillə silah təchizatı ilə əlaqədar danışıqlar aparmasıyla bağlı suallarına Şavarş Köçəryan: “Bu sual başqa idarəyə”, – deyə cavab verib.
Ermənistanın Müdafiə Nazirliyi suala heç bir reaksiya verməyib.