Ermənistan proqramçılarının hazırladığı əlavə Facebook müsabiqəsində qələbə qazanıb
Ermənistan proqramçıları tərəfindən hazırlanan SoloLearn əlavəsi Facebook-un hər il keçirdiyi FbStart müsabiqəsində qələbə qazanıb.
SoloLearn əlavəsi iOS vıə Android əməliyyat sistemləri vasitəsilə proqramlaşdırma dillərini öyrədir.
“Əlavənin məqsədi oyun mexanikası vasitəsilə istifadəçiyə proqramlaşdırma dillərini kodlaşdırmağı öyrədir. 12 pulsuz kurs, o cümlədən JavaScript, Swift, Python, C++ и HTML/CSS təqdim olunur”, – şirkətin həmtəsisçisi, icraçı direktor David Koçaryan deyir.
Şirkət təmsilçiləri həmçinin bildirirlər ki, SoloLearn vasitəsilə bir gün ərzində on minlərlə interaktiv “tapşırıq” yerinə yetirmək mümkündür. Əlavədən artıq 17 milyon adam istifadə edir, onlardan 1,5 milyonu gündəlik istifadəçidir.
Facebook müsabiqəsində iştirak etmək üçün dünyanın 87 ölkəsindən 900 müraciət qəbul edib.