Ermənistan meşələrində iki yanğın baş verib
Son zamanlar Ermənistanda iki yanğın birdən baş verib.
Ermənistanın Artavanmorza Vaqots Dzor icmasının yaxınlığında üç gün əvvəl otla örtülü böyük ərazi od tutub. Bu günə qədər yanğını söndürməyə çalışırlar.
Fövqəladə Hallar Nazirliyindən mətbuata bildirilib ki, 400-500 kvadratmetrlik ərazi yanır. Həmçinin FHN-dən qeyd edilib ki, alovu lokallaşdırmaq üçün ərazinin perimetri üzrə yarğanlar qazılıb.
Meşənin yandırılmasında 43 yaşlı Karen Akobyandan şübhələnilir. Artavanın keçmiş ağsaqqalı V-ə bildirib ki, Karen Akobyan Artsax müharibəsinin iştirakçısı, üç uşaqlı əlildir və çox pis sosisal şəraitdə yaşayır.
Kəndin keçmiş ağsaqqalı qeyd edib ki, Akobyan səsboğanı dəyişdirmək istəyərkən yaranan qığılcım otun od tutub yanmasına səbəb olub.
Bu gün alınan məlumata görə, “Xosrov meşəsi” qoruğunda da yanğın baş verib. Alovu söndürmək üçün hadisə yerinə yanğınsöndürənlər cəlb edilib.