Ermənistan əhalisinin sayı azalacaq – BMT-nin tədqiqatı
Foto: Gevork Kazaryan, JAMnews
Növbəti illərdə Ermənistan əhalisinin sayı azalacaq – BMT-nin Əhali Fondunun apardığı tədqiqat nəticəsində bu nəticəyə gəlinib.
2035-ci ilə qədər Ermənistanda ən yaxşı halda 3,2 milyon, ən pis halda isə 2,5-2,6 milyon sakin qalacaq. Prezidentin az əvvəl səsləndirdiyi 2040-cı ildə Ermənistan əhali 4 milyona çatacağı haqda sözlərini tədqiqat müəllifləri real hesab etmirlər.
Əhalinin azalmasının səbəbi olaraq Ermənistanda doğum səviyyəsinin aşağı olması və çox sayda insanın daimi yaşayış üçün ölkəni tərk edərək başqa ölkələrə getməsi göstərilir. Əgər bu iki tendensiyaa dəyişərsə, o zaman başqa proqnozlar irəli sürmək mümkün olacaqŞ BMT Əhali Fondunun Ermənistan ofisinin icraçı nümayəndəsi Qarik Hayrapetyan jurnalistlərə bildirib.
Rəsmi məlumata əsasən Ermənistanda 3 milyon nəfərə yaxın adam yaşayır. Son 9 il ərzində (yəni Serj Sarqsyanın prezidentliyi dövründə) rəsmi məlumatlara görə, Ermənistanı 300 min sakin tərk edib, bu da əhalinin 10 faizini təşkil edir. Ancaq 2016-cı ildə Ermmənnistanı tərk edənlərin sayı 48 min nəfər olub.
2017-ci ilin mayında Milli Məclisdə çıxış edən Ermənistan prezidenti bəyan edib ki, 2040-cı ildə Ermənistan əhalisinin sayı 4 milyona çatacaq.
“Əhalinin sayının artması üçün adamlar sosial və iqtisadi cəhətdə təmin olunmalıdır, o zaman onlar dünyaya uşaq gətirəcəklər” – BMT Əhali Fondunun nümayəndəsi bildirib.
Eyni zamanda o qeyd edib ki, kişilər qadınlara işləməyə icazə vermirlər və bu da ailə üçün maddi problemlər yaradır.
“Hələ 2009-cu ildə biz ev təsərrüfatları ilə bağlı araşdırma aparmışıq. Kişilərin 7-9 faizi qadınlarına işləməyə icazə vermədiklərini bildirilər. Amma düşünürəm ki, reallıqda belə kişilərin sayı çoxdur və bu kiçik olmayan qapalı problemdir”, – Qarik Hayrapetyan deyib.