Erməni ailəsini qətlə yetirən Rusiya hərbçisinin cəzasını Rusiyada çəkməsi mümkündür
Paylaşmaq
Paylaşmaq
Ermənistanın Gümri şəhərində Avetisyan ailəsini qətlə yetirdiyinə görə ömürlük azadlıqdan məhrum edilən Rusiya Hərbi Bazasının hərbçisi Valeri Permyakov Rusiyaya köçürüləcək. Bu haqda KİV-ə məhkumun vəkili Ediard Aqacanyan məlumat verib. “Sırf nəzəri cəhətdən Valeri Permyakov Rusiyaya köçürülə bilər”, – Aqacanyan deyib.
Hazırda Permyakov cəzasını cinayəti törətdiyi zaman xidmət etdiyi Ermənistanda yerləşən 102 saylı Rusiya Hərbi Bazasında çəkir. Vəkil qeyd edib ki, Permyakov haqqında çıxarılmış hökm artıq qüvvəyə minib, bu isə o deməkdir ki, Ermənistanın Ədliyyə Nazirliyi onun cəzasını harada çəkəcəyi haqda qərar verəcək.
“Valeri Permyakov Rusiya və Ermənistan məhkəmələri tərəfindən günahkar hesab edilib, buna görə də hazırda Ermənistanın Ədliyyə Nazirliyi Permyakovun cəzasının təşkili məsələsini nəzərdən keçirir”, – respublikanın Ədliyyə Nazirliyindən Ermənistan mediasına bildirilib.
Altı nəfərdən ibarət Avetisyanlar ailəsi 2015-ci ildə qətlə yetirilib. Permyakov hərbi bazadan qaçıb, Avetisyanların evinə soxulub və ailənin beş üzvünü güllələyib. Altıaylıq Seryoja Avetisyanı isə Permyakov silahının süngüsü ilə yeddi dəfə sinəsindən yaralayıb. Uşağı xəstəxanaya çatdırsalar da, yeddi gün sonra orada dünyasını dəyişib.
Valeri Permyakov ona qarşı irəli sürünmüş ittihamları qəbul edib.