Sizin bədəninizdə xüsusi yerlər var ki, tatunun izi orada da daha uzun qalır. Məsələn:
Qulaq və onun arxası
Burada tatu eləmək daha ağrılı və çətindir. Rəng başqa yerlərə nisbətən bu hissədə yaxşı oturmaya bilər. Bundan əlvə bədənin bu hissəsinə tez-tez ətir və saç baxımı vasitələri vurulur, bu isə öz növbəsində tatuya pis təsir edir
Bilək
Burada isə duş üçün gel, nəmləndirici lasyon kimi pis təsir edə biləcək şəxsi gigeyanaya qulluq məhsulları tatuya pis təsir edə bilər. Bilək dərisi olduqca həssas və incədir, yəni, gec sağalacaq və şəkil də uzunmüddətli olmayacaqdır.
Ayağın altı
Ayağın altına döyülən tatu tez köhnəlir. Topuqda şəkil döydürmək daha uğurlu alınar. Dabanda da pis alınmayacaq.
Barmaqda
Mənim rəfiqəm baş barmağına üzük döydürmüşdü lakin, bir ay keçmədi ki o pozuldu. Əlbəttə ki, bu onun üçün gözlənilməz oldu.
3. Ağ tatular nə qədər qəşənq görünsələr də bir o qədər də saxlanılması çətindir
Birincisi ağ rəng daha tez yuyulacaq, ikincisi isə o rəngini dəyişəcək. Sizin dərinizin xüsusiyyətlərindən olaraq bej və ya boz rəngə dönəcək.
4. Akvarel tatuları əladır. Əsas onu düzgün şəkildə etməkdir
Əsas odur ki, akvarel tatunu professional şəkildə edə biləcək peşekar usta tapmaqdır. Akvarel tatuda əsas risk rənglərin qarışmasıdır. Lakin əgər hər şey düzgün şəkildə edilibsə tatu gözəl görünəcək.
5. Qara tatu əla görünür lakin olduqca ağrılıdır
“Qara tatudan daha çox xoşum gəlir- Kote deyir. “Əgər düzgün eləsələr, qara tatu daha uzun müddət qalır. Və onun döyülməsi olduqca ağrılı prosesdir.
6. Hansı tatunu seçməinizdən aslı olmayaraq, əsas düzgün usta seçməkdir!
Tatu-ömürlükdür. Buna görə də onu düzgün etmək lazımdır. Sizin fantaziyalarınızı həyata keçirə biləcək ustanı tapmaq lazımdır. Bir də bilməlisiniz ki, bu ucuz prosedur deyil.
Qafqazın tatu sevərləri daha mühafizəkardır. Tbilisinin tatu salonlarından birinə baş çəkdik və hansı şəkillərin daha tələb olunduğunu ustadan soruşduq:
Qartallar, kəllələr, skeletlər ən məşhur motivdir.